Məhkəmə qərarları › İş №e-2(037)-997/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-997/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-997/2023 13.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdeh Əzı̇ zova Səı̇ də Ramazan qızının iştirakı ilə İddiaçı "xxxx" Kommersı̇ ya X7 Cəmı̇ yyətinin cavabdeh Əzı̇ zova Səı̇ də Ramazan qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 13 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ASC ilə Əzizov Elman Əjdər oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsi üzrə 792.68 manat əsas və 5.19 manat faiz olmaqla, cəmi 797.87 manat borcun və 30.40 manat dövlət rüsumu məbləğinin vərəsəsi-cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh alınaraq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Əzizov Elman Əjdər oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Elman Əzizov xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin məlumatına əsasən cavabdehin Elman Əzizovun vərəsəsi olması müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. 11 avqust 2023-cü il tarixli maliyyə arayışında X6un vəfat etdiyi tarixə banka ödənilməmiş 797,87 manat kredit borcu qalmışdır. Cavabdeh X6dan qalmış mirası qəbul etməsinə baxmayaraq mərhuma çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı cavabdehdən 797,87 manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Mərhum əri vəfat etdikdən sonra məhkəmədən aldığı bildirişdən sonra ona məlum olmuşdur ki, "xxxx" KB ASC ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli,1743tkİSML/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. X9 vəfat etdikdən sonra yaşadığı evə məhkəmə bildirişi gələnə qədər bank tərəfindən ərinin borcu barədə ona heç bir bildiriş təqdim edilməmişdir. 2014-cü il tarixdə ərinin hər hansı, o cümlədən də sözügedən məbləğdə kredit almasından xəbəri olmamış, həmçinin onunla birgə təsərrüfatda yaşayan ərinin valideynlərinin də məlumatı olmamışdır. Ərinin belə bir borcunun olmasını iddia ərizəsindən xəbər tutmuşdur. Hesab edir ki, sözügedən kredit borcunu əri ailənin məqsədləri üçün deyil, özünün şəxsi məqsədləri üçün xərcləmişdir. Əri vəfat etdikdən sonra “Atəşgah Həyat sığorta” şirkətindən mərhuma veriləcək 932,74 manat pul məbləğini götürsədə həmin məbləği mərhumun dəfn və hüzür mərasimlərinə xərcləmişdir. Məhum X9dan ona və övladlarına əlavə heç bir miras payı qalmamışdır. Hal-hazırda maddi durumu yaxşı deyildir və himayəsində iki azyaşlı övladı vardır. İddianı qismən qəbul etsədə həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Vaxt verilərsə həmin borc məbləğini yaxın vaxtlarda hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinə əsasən maddi vəziyyətinin və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiqa ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsindən görünür ki, "Unibank” X4 Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2014cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün əsasən Əzizov Elman Əjdər oğluna istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh Əzizov Elman Əjdər oğlu kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 07 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit borcunun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 11 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, 30,40 manat məbləğ ödənilmişdir. 11 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsinə əsasən cavabdehin 11 avqust 2023-cü il tarixinə ümumi yaranmış borcu 797,87 manat məbləğində olmuşdur. 20 may 2016-cı il tarixli, AZ İ 803176 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Əzizov Elman Əjdər oğlu 16 may 2016-cı il tarixdə ölmüşdür. İsmayıllı Rayon Notariat Kontoru tərəfindən verilmiş 17 iyun 2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Əzizov Elman Əjdər oğlunun vərəsələri Cavabdeh, X3 və X2 miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak “Atəşgah Həyat sığorta” şirkətindən mərhuma veriləcək 932,74 manat pul məbləğindən ibarətdir. “Elektron Notariat” X1 “Vərəsəlik haqqında çıxarış”ından görünür ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh 16 may 2016-cı il tarixdə vəfat etmiş Əzizov Elman Əjdər oğlunun vərəsəsi kimi tanınmışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Elman Əzizov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Elman Əzizov 16 may 2016-cı il tarixində vəfat etmişdir. X6 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməmişdir. X6 barəsində 31 avqust 2021-ci il tarixdə İsmayıllı rayon notariat ofisində vərəsəlik işi açılaraq mərhumun vərəsəsi kimi Cavabdeh tanınmışdır. 31 mart 2023-cü il tarixli maliyyə arayışında X6un vəfat etdiyi tarixə banka ödənilməmiş 797,87 manat kredit borcu qalmışdır. Cavabdeh X6dan qalmış mirası qəbul etməsinə baxmayaraq mərhuma çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehdən 797,87 manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və həmin borc məbləğini yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi borclunun ölümündən sonra onun borcuna münasibətdə mirası qəbul etmiş vərəsələrin kreditor qarşısında məsuliyyət daşımaları üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi imperativ olaraq nəzərdə tutulmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əzizov Elman Əjdər oğlu arasında xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsi mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, Əzizov Elman Əjdər oğlunun vəfatından sonra ondan qalan miras əmlakı onun arvadı - hazırki iş üzrə Cavabdeh qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsi üzrə Əzizov Elman Əjdər oğlunun iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehin üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 797.87 manat borc və 30.40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Əzizov Elman Əjdər oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1743tkİSML/14 saylı kredit müqaviləsi üzrə 792.68 manat əsas və 5.19 manat faiz olmaqla, cəmi 797.87 manat borc və 30.40 manat dövlət rüsumu məbləği vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar