Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-999/2022 10.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 10 oktyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2896.93 manat məbləğində əsas bоrc, 33.68 manat məbləğində faiz bоrcu və 1571.83 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4502 (dörd min beş yüz iki) manat 44 (qırx dörd) qəpik məbləğində bоrcun və ödənilmiş 65.03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 017Al925355000 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 3228.76 (üç min iki yüz iyirmi səkkiz manat yetmiş altı qəpik) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər öz üzərlərinə bank qarşısında əsas borclu ilə birlikdə məsuliyyət götürmüşlər. Cavabdeh3 kredit müqaviləsinin tələbini pozaraq müqavilə üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu va faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 331.83 manat ödəniş etmiş və onun iddiaçıya 2896.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tarəfindən onun tam qaytarılmasınadak faiz hesablandığından Cavabdeh3 xx.xx.2022-ci il tarixə 485 gün üçün faiz borcu 33.68 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən borclu plan üzrə krediti va ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 %-i məbləğində cərimə ödəməli olduğundan xx.xx.2022-ci il tarixə 485 gün üçün kredit müqaviləsi üzrə 1571.83 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı Cavabdeh3 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2896.93 manat məbləğində əsas bоrc, 33.68 manat məbləğində faiz bоrcu və 1571.83 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4502 (dörd min beş yüz iki) manat 44 (qırx dörd) qəpik məbləğində bоrcun və ödənilmiş 65.03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılaraq yekun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli 017Al925355000 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına uyğun olaraq Kredit alanın vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədi ilə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 3228.76 (üç min iki yüz iyirmi səkkiz manat yetmiş altı qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 017Al925355000 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 3228,76 manat əsas və 99,8 manat faiz borcu olmaqla, ümumilikdə 3328,56 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 017G**********01və 017G**********02 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 öz üzərlərinə bank qarşısında əsas borclu ilə birlikdə məsuliyyət götürmüşlər. 04 iyul 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərdən kredit borcunun banka qaytarılması tələb olunmuş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və digər qanuni tədbirlər görüləcəyi barədə cavabdehlərə xəbərdarlıq olunmuşdur. 18 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 65,03 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017Al925355000 saylı kredit müqaviləsinə əsasən sonuncuya “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına uyğun olaraq Kredit alanın vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədi ilə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 3228.76 (üç min iki yüz iyirmi səkkiz manat yetmiş altı qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər bank qarşısında əsas borclu ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Cavabdeh3 kredit müqaviləsinin tələbini pozaraq müqavilə üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu va faiz borcundan ibarət vəsaiti qaytarmamış, onun iddiaçıya 2896.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tarəfindən onun tam qaytarılmasınadak faiz hesablandığından Cavabdeh3 xx.xx.2022-ci il tarixə 485 gün üçün faiz borcu 33.68 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən borclu plan üzrə krediti va ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 %-i məbləğində cərimə ödəməli olduğundan xx.xx.2022-ci il tarixə 485 gün üçün kredit müqaviləsi üzrə 1571.83 manat məbləğində cərimə hesablanmışdır. Bank tərəfindən yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Cavabdeh3 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2896.93 manat məbləğində əsas bоrc, 33.68 manat məbləğində faiz bоrcu və 1571.83 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4502 (dörd min beş yüz iki) manat 44 (qırx dörd) qəpik məbləğində bоrcun və ödənilmiş 65.03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə prosesinə gəlmədikərindən onların iddia tələbinə dair münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh3 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, Cavabdeh1 və Cavabdeh2 da kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə Cavabdeh3lə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüklərindən, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7123,16 manat əsas, 59,43 manat faiz borcu olmaqla, cəmi 7182,59 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh3 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyindən, müqavilənin şərtlərini pozduğundan, iddia tələbi 2896,93 manat əsas, 33,68 manat faiz faiz borcunun cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 017Al925355000 kredit müqaviləsi 2896.93 manat əsas borca görə İddiaçı QSC tərəfindən hesablanmış 1571,83 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 289 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. "xxxx"QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017Al ********* saylı kredit müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bankın müqaviləyə vaxtından əvvvəl xitam vermək və qalan kredit məbləğini, bui müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017Al ********* saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,03 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 3219,61 manat borc məbləği hissəsinə münasib olaraq 52,19 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 12,84 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2896,93 manat əsas, 33,68 manat faiz borcu, 289 manat cərimə və 52,19 manat dövlət rüsumu – cəmi 3271 (üç min iki yüz yetmiş bir) manat 80 (səksən) qəpik məbləğ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,84 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-999/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-999/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver