Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-190/2024 19.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə 16 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 19 fevral 2024-cü il tarixdə İddiaçı QSC-nin nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə ərazi aidiyyəti düzgün müəyyən edilmədiyi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9.-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı QSC tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********23, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1 Y olan 66,36 manat dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-268, 396-cı maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı QSC-yə geri qaytarılsın. Bundan əlavə, İddiaçı QSC tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********23, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1 Y xəzinə hesabı AZ41CTRE********************) 66,36 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4.
Məhkəmə qərarları › İş №e-2(038)-190/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-190/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver