Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-20/2025 18.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri olduğundan cavabdehin xahişi ilə 12 aprel 2023-cü il tarixində Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiqi ilə cavabdehə 200.000 (iki yüz min) manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış Kredit müqaviləsinin 2-ci maddəsinə görə, cavabdeh (Borcalan) kredit məbləğini xx.xx.2023-cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, öhdəliyin icrası müddəti ilə bağlı aralarında müqaviləyə əsasən müəyyənləşdirilmiş müddət başa çatdıqda, cavabdeh maliyyə çətinliyi ilə əlaqədar bir müddət gözləməyini, tezliklə borcunu bağlayacağını bildirmişdir. O, da ümumi tanışlıqları xatirinə cavabdehə bir neçə dəfə vaxt versə də, cavabdeh öhdəliyini icra etməmişdir. Hazırda özünün maddi problemləri olduğundan pula ehtiyacı vardır. Lakin, cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəsini icra etməməsi, yəni borcunu qaytarmaması onu maddi cəhətdən sıxıntıya salmışdır. Artıq cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 12 aprel 2023-cü il tarixdə 200.000 (iki yüz min) manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, cavabdeh kredit məbləğini xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələr gətirməklə hal-hazıra kimi iddiaçıya ödəməkdən yayınmışdır. Tələbin əsaslı olmasını nəzərə alaraq cavabdehdən 200.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 12 aprel 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci maddəsinə görə borcalan kredit məbləğini xx.xx.2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, iddianın verilməsinə görə 175,5 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 12 aprel 2023-cü il tarixində Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi kredit müqaviləsi üzrə iddiaçı cavabdehə 200.000 (iki yüz min) manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsinin 2-ci maddəsinə görə, cavabdeh (Borcalan) kredit məbləğini xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, 200.000 manat məbləği cavabdehə vermiş, lakin cavabdeh həmin pul məbləğini iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş Kredit müqaviləsini iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin əsaslarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsasını tərəflər arasında kredit müqaviləsi bağlanan zaman qüvvədə olan (xx.xx.2023-cü ilədək qüvvədə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 200.000 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh iddiaçıdan aldığı 200.000 manat pul məbləğini iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsini iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında yaranmış öhdəliklər kredit müqaviləsi ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə məhkəmədə iclaslarına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də şifahi qaydada etirazını bildirməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın verilməsinə görə 175,5 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 200.000 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 175,5 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 200.000 (iki yüz min) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 175,5 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(038)-20/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-20/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver