Məhkəmə qərarları › İş №e-2(038)-226/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-226/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-226/2025 22.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə CL-EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 21.600,37 manat əsas, 2.751,54 manat faiz borcu olmaqla, cəmi 24.351,91 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 163,06 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış CL- EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərədə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın ABB-də açlmış müvafiq cari hesaba köçürülməklə, cavabdehə 23.9 faizlə 59 ay müddətinə 21800 manat məbləğində kredit verilmişdir. Borc alan kredit xəttindən istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş qaydada öhdəliklərini vaxtında yerinə yetirilmədiyindən, müqavilənin şərtləri pozulmuş və xətt üzrə kredit borcunu Banka tam olaraq qaytarmamışdır. Cavabdehə kreditin qaytarılması haqqında tərəfimizdən xx.xx.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2025-ci il tarixə cavabdehin Banka21.600,37 manat əsas, 2.751,54 manat faiz borcu olmaqla, cəmi 24.351,91 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 24.351,91 manat olduğundan, tərəfimizdən 163,06 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə işə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: CL- EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik 23.9 faizlə 59 ay müddətinə 21800 manat məbləğində kredit verilmişdir. CL- EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Həsənov Babək Aftandil oğlu kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Kkassa məxaric orderindən görünür ki, Cavabdeh CL- EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 13464 manat məbləğində nağd pul götürmüşdür. CL- EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 59 ay ay müddətində hər ay 631.43 manat, son ayda 618.78 manat xx.xx.2024-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2029-cu il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 163,06 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" ASCnin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış CL- EE003328270 nömrəli xx.xx.2024cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23.9 faizlə 59 ay müddətinə 21800 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada öhdəliklərini vaxtında yerinə yetirilməmiş, müqavilənin şərtlərini pozaraq kredit borcunu iddiaçıya tam olaraq qaytarmamışdır. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhz bu baxımdan məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələb baxımından hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 21.600,37 manat əsas, 2.751,54 manat faiz borcu olmaqla, cəmi 24.351,91 manat borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 163,06 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. CL-EE003328270 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 21.600,37 manat əsas və 2.751,54 manat faiz borcu olmaqla, cəmi 24.351,91 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 163,06 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar