Məhkəmə qərarları › İş №e-2(038)-275/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-275/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-275/2024 30.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan hesabdan çıxarılmış 1.988,45 manat, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış 371,94 manat faiz borcu olmaqla, cəmi 2.357,41 manat borcun, o cümlədən 43,58 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CLEE000728001 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft – müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı - əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış sənədindən göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində hesabında 1,55 manat vəsait olduğu halda 1.990 manat ödəniş etmiş və özünə aid olmayan 1.988,45 manat vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır. xx.xx.2022-ci il tarixində balans 1.990 manat, xx.xx.2022-ci il tarixində 1,55 manat əlavə edilmiş və balans 1.991,55 manat olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixində 1.990 manat ödəniş edilmiş və balans 1,55 manat məbləğində olmuşdur. Növbəti olaraq xx.xx.2023-cü il tarixində balansda 1,55 manat vəsait olduğu halda 1.990 manat məbləğində ödəniş edilmişdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hüquqi əsas olmadan hesabdan çıxarılmış 1.988,45 manat, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış 371,94 manat faiz borcu olmaqla, cəmi 2.357,41 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43,58 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-5571/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, həmçinin məhkəmə bildirişləri cavabdehin elektron kabinetində yerləşdirilmiş və ona istifadəsində olan telefon nömrəsi vasitəsilə SMS Bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2022-ci il tarixli, CLEE000728001 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilədən görünür ki, Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Müqavilə üzrə kredit xəttinin məbləği 4700 manat, kredit xəttinin müddəti 36 ay, kredit xətti üzrə illik faiz dərəcəsi 24 % müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh kart hesabının qlığından artıq əməliyyat apararaq 1988,45 manat əlavə pul mənimsəmişdir. xx.xx.2024-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 43,58 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə görə; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 135.1, 135.2-ci maddələrinə əsasən əmlak bütün əşyaların toplusudur, pullar isə əşyadır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Əsassız varlanan şəxs məhrum olanın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Qeyd olunanlara əsasən cavabdehin iddiaçının hesabına əsassız varlandığından əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Hazırki iş üzrə təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında kredit kartı müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdeh kredit xətti üzrə ona ayrılan məbləğdən əlavə 1.988,45 manat məbləğində pulu hər hansı hüquqi əsas olmadan istifadə etmişdir. Bununla da müqavilə şərtlərini pozmuş və əsassız olaraq varlanmışdır. Cavabdeh ona qarşı verilmiş iddia ərizəsini aldıqdan sonra iddiaya qarşı hər hansı etiraz verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Məhkəmə faiz borca münasibətdə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit kartı müqaviləsinin şərtlərinə əsasən 4700 manat məbləğində kredit xəttinə görə 36 ay müddətə, illik 24 % dərəcəsi müəyyənləşdirilmişdir. Hazırki iddia üzrə tələb edilən məbləğ isə müqavilə münasibətlərindən kənar məbləğ, yəni texniki overdraft hesab edilməklə cavabdehin əsassız olaraq varlanmasına xidmət etmişdir. Məhkəmə tələb edilən 1.988,45 manat pulun müqavilə münasibətlərindən kənar yaranmış olmasını nəzərə alaraq həmin məbləğə müqavilə üzrə faizlər hesablanmasını əsassız hesab edir və iddia tələbinin faiz borcu hissəsində təmin edilməməsi qənaətinə gəlir. Həmçinin iddiaçı tərəf 371,94 manat əldə çıxmış faydanı təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyindən (MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür) iddia həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.988,45 manat borc, 43,58 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə («elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar