Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-321/2025 01.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 53 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə olan borc pulu öz arasında razılıq əldə olunmuşdur. Odur ki? Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizəni və ona əlavə olunmuş sənədləri, onun ödədiyi dövlət rusumunu geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 53 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 53 manat iddiaçıya geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(038)-321/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-321/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver