Məhkəmə qərarları › İş №e-2(038)-347/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-347/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-347/2025 06.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ Hakim X1, iddiaçı «X2» ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı «X2» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7917.8 manat əsas, 312.74 manat faiz, 24.6 manat cərimə olmaqla, cəmi 8255.14 manat və dövlət rüsumu olaraq ödənilmiş 102.96 manat məbləğində vəsaitin Cavabdeh iddiaçı «X2» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 06 may 2025-ci il tarixdə «X2» ASC-nin nümayəndəsi «AZEMİS» elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasındakı mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq, iddia ərzəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə görə ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı «X2» ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********, 102.96 manat məbləğində pul vəsaiti iddiaçı «X2» ASC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 284-3.5, 263-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X2» ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********) 102.96 manat məbləğində pul vəsaiti iddiaçı «X2» ASC-yə geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar