Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-36/2025 27.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat borc verilmiş pul vəsaitinin, həmin pul vəsaiti üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 2 il üçün illik 5 % hissəsi olan 300 manat pul vəsaitinin, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 2 il üçün illik 8,5% hissəsi olan 460 manat pul vəsaitinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manatın, cəmi 3.880 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında dost-tanış münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh iddiaçıdan 3.000 manat borc pul istəmiş, iddiaçı isə həmin pul vəsaitini notarial qaydada müqavilə ilə Cavabdeh verməyi düşünmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdeh birgə notariat ofislərindən birinə getmişlər. Notariat ofisi həmin vaxt bağlı olduğu üçün Cavabdeh ofisin qarşısında əl yazması ilə İddiaçı borc aldığını təsdiq edən sənədi yazmış və imza etmişdir. Həmin sənəddə Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı 3000 manat məbləğində pulu 1 (bir aylıq) müddətinə borc aldığını qeyd etmişdir. Həmin tarixin üzərindən 1 il 8 ay müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçının pulunu ödəməmiş, iddiaçı ona dəfələrlə zəng etsə də,cavabdeh zəngləri açmamış, iddiaçının nömrəsini blok etmişdir. Artıq müqavilənin icra müddətinin üzərindən 2 ilə yaxın müddət keçmiş, lakin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, müqavilə icra olunmamışdır. Odur ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş 3.000 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 2 il üçün illik 5 % hissəsi olan 300 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 2 il üçün illik 8,5% hissəsi olan 460 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat, cəmi 3.880 (üç min səkkiz yüz səksən) manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, Qarabağ işi üzrə zərərçəkmiş şəxslərin nümayəndəsi olduğunu, xx.xx.2025-ci il tarixə iclas təyin edildiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 24 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 24 mart 2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pulu 1(bir) il müddətinə borc almışdır. Məcburi köçkün vəsiqəsindən görünür ki, Şərifov X1 rayonundan məcburi köçkün kimi qeydiyyata alınmışdır. Hüquqi yardımın ödənilməsi barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hazırki iddianın verilməsi üçün İddiaçı tərəfindən Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili Vəkil hesabına120 manat məbləğində pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 24 mart 2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pulu 1 (bir) il müddətinə qaytarmaq şərti ilə borc almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh borc aldığı 3000 (üç min) manat pul məbləğini iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin əsaslarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsasını tərəflər arasında kredit müqaviləsi bağlanan zaman qüvvədə olan (xx.xx.2023-cü ilədək qüvvədə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 3000 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh iddiaçıdan aldığı 3000 manat pul məbləğini iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında yaranmış öhdəliklər həmin qəbz ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə məhkəmədə iclaslarına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də şifahi qaydada etirazını bildirməmişdir. MPM-nin: 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə bu qənatəə gəlir ki, Cavabdeh İddiaçı Rustam oğlu ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 3.000 manat, həmin pul vəsaitinin geri qaytarılmadığı 2 il üçün illik 5 % olmaqla 300 manat, bank uçot dərəcəsi ilə 2 il üçün illik 8,5% olmaqla 460 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və iddia həmin hissədə tam təmin olunmalıdır. Məhkəmə iddianın hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manatın da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi təmin olunudundən MPM-nin 121.1-ci baxımından həmin məbləğin yarısının, yəni 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağılabatan hesab edir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddiaçı məcburi köçkün olaraq iddianın verilməsi üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu kimi ödənilməli olan 58,20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 52 manat təşkil edir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3.000 manat, həmin pul vəsaitinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 % olmaqla, 2 il üçün 300 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi üzrə ödənilməli olan məbləğin illik 8,5% olmaqla 2 il üçün 460 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 60 manat, cəmi 3.820 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə, eyni zamanda iddianın verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 58,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət bücəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə qaytarılmamış 3.000 manat, həmin pul vəsaitinin geri qaytarılmadığı 2 il üçün illik 5 % olmaqla 300 manat, bank uçot dərəcəsi ilə 2 il üçün illik 8,5% olmaqla 460 manat pul vəsaiti, habelə hüquqi yardım üçün vəkilə ödənilmiş 60 manat olmaqla, cəmi cəmi 3.820 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği - 58,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət bücəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(038)-36/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-36/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver