Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-37/2025 11.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx/xx/2024-cü il tarixli BRCB6072165B175 saylı kredit müqaviləsinə əsasən 925,44 manat əsas və 194,98 manat faiz olmaqla, cəmi 1.120,42 manat, xx/xx/2024-cü il tarixli GTKR6071638B175 saylı müqaviləsinə əsasən 9.982 manat əsas və 1.358,89 manat faiz olmaqla, cəmi 11.340,89 manat, ümumilikdə 12.461,31 manat borcun və ödənilmiş 127,38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli BRCB6072165B175 saylı Kredit müqaviləsinə əsasən ona 56 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat GTKR6071638B175 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,9 faiz dərəcəsi ilə 10.500 manat məbləğində kredit verilmişdir. Bu kredit də nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx/xx/2024-cü il tarixli BRCB6072165B175 saylı kredit müqaviləsinə əsasən 925,44 manat əsas və 194,98 manat faiz olmaqla, cəmi 1.120,42 manat, xx/xx/2024-cü il tarixli GTKR6071638B175 saylı müqaviləsinə əsasən 9.982 manat əsas və 1.358,89 manat faiz olmaqla, cəmi 11.340,89 manat, ümumilikdə 12.461,31 manat borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirişi, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehin qeydiyyatda olduğu Yardımlı rayonu, Zəngəran kəndində yerləşən ünvanına göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Daha sonra məhkəməyə məlum olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yenidən onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Lakin cavabdeh iddiaya qarşı hər hansı əsaslandırılmış etirazını məhkəməyə ünvanlamamışdır. Eyni zamanda Cavabdeh ilə məhkəmə iclasında video konfransa, cəhd göstərilmiş, lakin texiniki nasazlığa görə video konfrans mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx/xx/2024-cü il tarixli Kredit müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 56 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1000 manat, 48 ay müddətinə illik 27,9 faiz dərəcəsi ilə 10.500 manat məbləğində kredit verilmişdir. Maliyyət arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə iddia verilən vaxta xx/xx/2024-cü il tarixli BRCB6072165B175 saylı kredit müqaviləsinə əsasən 925,44 manat əsas və 194,98 manat faiz olmaqla, cəmi 1.120,42 manat, xx/xx/2024-cü il tarixli GTKR6071638B175 saylı müqaviləsinə əsasən 9.982 manat əsas və 1.358,89 manat faiz olmaqla, cəmi 11.340,89 manat, ümumilikdə 12.461,31 manat borcu vardır. xx.xx.2024-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 127,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 56 ay müddətinə qaytarmaq şərtilə və illik 27 faiz dərəcəsi ilə 1.000 manat 48 ay müddətinə qaytarmaq şərtilə və illik 27.9 faiz dərəcəsi ilə 10.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqavilələri üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və xx.xx.2024-cü il tarixli BRCB6072165B175 saylı kredit müqaviləsinə əsasən 925,44 manat əsas və 194,98 manat faiz olmaqla, cəmi 1.120,42 manat, xx/xx/2024-cü il tarixli GTKR6071638B175 saylı müqaviləsinə əsasən 9.982 manat əsas və 1.358,89 manat faiz olmaqla, cəmi 11.340,89 manat, ümumilikdə 12.461,31 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 127,38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli BRCB6072165B175 saylı kredit müqaviləsinə əsasən 925,44 manat əsas və 194,98 manat faiz olmaqla, cəmi 1.120,42 manat, xx/xx/2024-cü il tarixli GTKR6071638B175 saylı müqaviləsinə əsasən 9.982 manat əsas və 1.358,89 manat faiz olmaqla, cəmi 11.340,89 manat, ümumilikdə 12.461,31 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 127,38 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-37/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-37/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver