Məhkəmə qərarları › İş №e-2(038)-377/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-377/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-377/2023 24.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 040R********** saylı krеdit razılaşması üzrə 14091.51 ABŞ Dolları məbləğində krеdit bоrcu, 19567.06 ABŞ Dolları məbləğində faiz bоrcu və 22388.21 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 56046.78 ABŞ Dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 375.84 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.032 ha torpaq sahəsində yerləşən 19a nömrəli,7 mərtəbəli binada 33.25 kv.m ümumi,18.05 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 711 nömrəli tam mülkiyyətli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə, 56046.78 ABŞ Dolları məbləğində bоrcun, 375.84 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması; Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.032 ha torpaq sahəsində yerləşən 19a nömrəli, 7 mərtəbəli binada 33.25 kv.mümumi,18.05 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 711 nömrəli tam mülkiyyətli mənzilinə Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Access Bank” Qapalı Səhmdat Cəmiyyəti Elektron Məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsini baxılmamış saxlamaqla, mülki işin məhkəmədən geri qaytarılması barədə qərardad qəbul ediməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və işin mahiyyəti üzrə həll olunmasına münasibətini bildirməmişlər. Göründüyü kimi iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən İddiaçı Qapalı Səhmdat Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədləri İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar