Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-400/2025 08.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 19.751,50 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 50 sent) ABŞ dolları - bundan 8.336,94 (səkkiz min üç yüz otuz altıABŞ dolları 94 sent) ABŞ dolları əsas, 4.026,92 (dörd min iyirmi altı ABŞ dolları 92 sent) ABŞ dolları faiz, 6.175,44 (altı min bir yüz yetmiş beş ABŞ dolları 44 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.212,20 (bir min iki yüz on iki ABŞ dolları 20 sent) ABŞ dollarıfaiz borcu borcu və iş üzrə ödənilmiş 190,73 (bir yüz doxsan Manat 73 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın girov predmeti olan - 3 ədəd 14,60 qram çəkidə üzük, 1 cüt 4,60 qram çəkidə sırğa və 1 ədəd 11 qram çəkidə qolbağ olan qızıl-ziynət əşyalarına yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli 189/14-AYİB nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz olmaqla 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 30 aprel 2014-cü il tarixli ZM-1- 189/14-AYİB və ZM-2-189/14-AYİB nömrəlZi aminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 30 aprel 2014-cü il tarixli 189/14-AYİB nömrəli girov müqaviləsi bağlayaraq, mülkiyyətindəki 3 ədəd 14,60 qram çəkidə üzük, 1 cüt 4,60 qram çəkidə sırğa və 1 ədəd 11 qram çəkidə qolbağ olan qızıl-ziynət əşyalarını Banka girov qoymuşdur. 30 aprel 2014-cü il tarixli 189/14-AYİB saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 11.009,94 (on bir min doqquz ABŞ dolları 94 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. 30 aprel 2014-cü il tarixli 189/14-AYİB saylı kredit və Girov (Saxlanc) müqaviləsinə 24 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.269,94 (on üç min iki yüz altmış doqquz ABŞ dolları 94 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9.056,74 (doqquz min əlli altı ABŞ dolları 74 sent) ABŞ dolları əsas borc, 3.603,22 (üç min altı yüz üç ABŞ dolları 22 sent) ABŞ dolları faiz borcu və 609,98 (altı yüz doqquz ABŞ dolları 98 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır və illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-N-41-5078/2025 saylı 04 aprel 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 19.751,50 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 50 sent) ABŞ dolları təşkil edir. Bundan 8.336,94 (səkkiz min üç yüz otuz altı ABŞ dolları 94 sent) ABŞ dolları əsas, 4.026,92 (dörd min iyirmi altı ABŞ dolları 92 sent) ABŞ dolları faiz, 6.175,44 (altı min bir yüz yetmiş beş ABŞ dolları 44 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.212,20 (bir min iki yüz on iki ABŞ dolları 20 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclas zalında izahat verərək bildirmişdir ki, tərkibə etirazı yoxdur, tərəflə kredit müqaviləsi bağlamışlar, barışıq sazişi bağlanılıb, barışıq sazişinin təsdiq olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki: Barışıq sazişinin mövzusu: xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 19.751,50 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları, 50 sent) ABŞ dolları - bundan 8.336,94 (səkkiz min üç yüz otuz altı ABŞ dolları, 94 sent) ABŞ dolları əsas, 4.026,92 (dörd min iyirmi altı ABŞ dolları, 92 sent) ABŞ dolları faiz, 6.175,44 (altı min bir yüz yetmiş beş ABŞ dolları, 44 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.212,20 (bir min iki yüz on iki ABŞ dolları, 20 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 190,73 (bir yüz doxsan manat 73 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan “Dəmirbank" ASC-nin xeyrinə tutulmasına dair Yardımlı Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir.
1. Tərəflər təsdiq edirlər ki, cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 8.336,94 (səkkiz min üç yüz otuz altı ABŞ dolları, 94 sent) ABŞ dolları əsas, 4.026,92 (dörd min iyirmi altı ABŞ dolları, 92 sent) ABŞ dolları faiz, 4.213,20 (dörd min iki yüz on üç ABŞ dollar, 20 sent) ABŞ dolları köçürülmüş faizlər və 1.962,24 (bir min doqquz yüz altmış iki ABŞ dollar, 24 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur.
2. Tərəflər təsdiq edirlər ki. Kredit müqaviləsi üzrə faiz borcundan 3.600 (üç min altı yüz) manat (1 ABŞ dolları=1.40 manat) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 14.400 (on dörd min dörd yüz) manat (1 ABŞ dolları=1,40 manat) məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin iyun ayından başlayaraq, hər ay 600 (altı yüz) manatın ödənilməsi öhdəliyini cavabdeh-Borclu öz üzərinə götürür.
3. iddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 14.400 (on dörd min dörd yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1 -ci bəndindəgöstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zaminlərdən tutulacaqdır, iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir.
4. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Buna görə də məhkəmə tərəflər arasında əldə olunmuş razılığı nəzərə alaraq, hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:
1.Tərəflər təsdiq edirlər ki, cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 8.336,94 (səkkiz min üç yüz otuz altı ABŞ dolları, 94 sent) ABŞ dolları əsas, 4.026,92 (dörd min iyirmi altı ABŞ dolları, 92 sent) ABŞ dolları faiz, 4.213,20 (dörd min iki yüz on üç ABŞ dollar, 20 sent) ABŞ dolları köçürülmüş faizlər və 1.962,24 (bir min doqquz yüz altmış iki ABŞ dollar, 24 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 3.600 (üç min altı yüz) manat (1 ABŞ dolları=1.40 manat) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 14.400 (on dörd min dörd yüz) manat (1 ABŞ dolları=1,40 manat) məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin iyun ayından başlayaraq, hər ay 600 (altı yüz) manatın ödənilməsi öhdəliyini cavabdeh-Borclu öz üzərinə götürür. 3.İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 14.400 (on dörd min dörd yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1 -ci bəndindəgöstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zaminlərdən tutulacaqdır, iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 4.Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
X5