Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-598/2024 18.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,22 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4202sSUM/19 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” «Borcalan»a 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 5 %, nağdsızəməliyyatlar üzrə isə 0 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Borclunun Albalı plus kartına 84 aylıq, illik 29 % olmaqla, 2200 manatlıq kredit xətti açılmış və borclunun hesabına köçürülməsi barədə göndərilmiş sms mətnin surəti işə əlavə edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən Borcverən «Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir». Kredit müqavilənin 8.3-cü bəndinə əsasən «Borcalan» kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, fazilərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 % miqdarında cərimə tətbiq edilir. Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yardımlı rayon Notariat Ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisinin olmasıanlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən“ vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Sübutların siyahısı: hazırki iddia tələbinin əsası olaraq iddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2024-cü il tarixinə 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və məhkəmə bildirişi Cavabdeh göndərilməsinə və xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli, 4202sSUM/19 saylı Kredit Müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4202sSUM/19 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” “Borcalan”a 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə çərçivəsində X2 hesabına Albalı plus kartına 84 aylıq, illik 29% olmaqla, 2200 AZN-lik kredit xətti açılmış və borclunun hesabına köçürülmüşdür. Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borcu yaranmışdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44,22 manat dövlət rüsumu ödəmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2022-ci il tarixdə verilmiş şəhadətnamədən görünür ki, X1 mülkiyyətində olmuş KİA PREGİO markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2022-ci il tarixdə verilmiş şəhadətnamədən görünür ki, X1 mülkiyyətində olmuş KİA SORENTO markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4202sSUM/19 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” “Borcalan”a 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə çərçivəsində X2 hesabına Albalı plus kartına 84 aylıq, illik 29% olmaqla, 2200 manatlıq kredit xətti açılmış və borclunun hesabına köçürülmüşdür. X3 xx.xx.2022-ci il tarixdə ölmüş, Qanun üzrə vərəsəlik haqqında xx.xx.2022-ci il tarixdə verilmiş şəhadətnamə əsasında X1 mülkiyyətində olmuş əmlaklar onun vərəsəsi Cavabdeh mülkiyyətinə keçmişdir və sonuncu miras əmlakları qəbul etmişdir. X1 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2024-cü il tarixinə 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borcu yaranmış, lakin onun vərəsəsi Cavabdeh X1 kreditor qarşısında yaranmış öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (kredit müqaviləsi bağlanan zaman qüvvədə olan) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42,94 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, X2 iddiaçı ilə bağlı kredit müqaviləsi üzrə 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borcu olduğundan, həmin borc mərhumun miras passivi kütləsinə aid olduğundan, miras aktivlərini onun vərəsəsi, hazırki iş üzrə Cavabdeh qəbul etdiyindən, həmin borc məbləği də onun tərəfindən ödənilməlidir. Buna görə də iddia təmin edilməli, Cavabdeh 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borc və 44,22 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.349,19 manat əsas, 32,22 manat faiz, cəmi 2.381,41 manat borc və 44,22 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №e-2(038)-598/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-598/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver