Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-608/2024 19.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2.351,58 manat əsas, 22,77 manat faiz, cəmi 2.374,35 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44.15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 11715sSUM/20 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” Borcalana” 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10000 manat məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Borclunun Albalı plus kartına 60 aylıq, illik 29% olmaqla, 500 manatlıq kredit xətti açılmış,xx.xx.2022-ci il tarixdə kredit limiti 2400 manatadək artırılaraq borclunun hesabına köçürülməsi barədə sms mətnin surəti işə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Kredit müqavilənin 8.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, fazilərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 % miqdarında cərimə tətbiq edilir. Borcalan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Yardımlı rayon Notariat Ofisinin məlumatına əsasən Cavabdeh X1 vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Hazırki iddia tələbinin əsası olaraq iddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, Dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" KB ASC sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinə müraciət edərək ondan kredit borcunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, bankdan belə bir kredit götürmədiyini nəzərə alaraq, məhkəmədən işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, bankdan heç bir kredit götürməmişdir. Krediti oğlu X3 götürmüş və o vəfat etdiyinə görə kredit borcu hal-hazıra kimi ödənilməmişdir. Oğlunun adına avtomobil olmuş və o həmin avtomobili miras əmlak olaraq qəbul etmişdir. Maddi imkanının olmadığını və heç bir yerdən gəlirinin olmadığını nəzərə alaraq kredit borcunun ondan tutulmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏQDİM EDİLMİŞ SÜBUTLAR: "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11715sSUM/20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10000 manatadək kredit limiti ayırmış, borclunun Albalı plus kartına 60 aylıq, illik 29% olmaqla, 500 manatlıq kredit xətti açılmış, xx.xx.2022-ci il tarixdə kredit limiti 2400 manat X2 hesabına köçürülmüşdür. 27 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixinə 2.351,58 manat əsas, 22,77 manat faiz, cəmi 2.374,35 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 44,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. «Elektron Notariat» avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Yardımlı rayon Notariat ofisində açılmış vərəsəlik işi üzrə ölmüş şəxs (miras qoyan) X2 qanun üzrə vərəsəliyini Cavabdeh qəbul etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 11715sSUM/20 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” Borcalana” 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10000 manat məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Borclunun Albalı plus kartına 60 aylıq, illik 29% olmaqla, 500 manatlıq kredit xətti açılmış,xx.xx.2022-ci il tarixdə kredit limiti 2400 manatadək artırılaraq borclunun hesabına köçürülməsi barədə sms mətnin surəti işə əlavə edilmişdir. X3 xx.xx.2023-cü il tarixdə ölmüş, Yardımlı rayon Notariat ofisində açılmış vərəsəlik işi üzrə ölmüş şəxs (miras qoyan) X2 mülkiyyətində olmuş əmlaklar onun vərəsəsi Cavabdeh mülkiyyətinə keçmişdir və sonuncu miras əmlakları qəbul etmişdir. X1 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2024-cü il tarixinə 2.351,58 manat əsas, 22,77 manat faiz, cəmi 2.374,35 manat borcu yaranmış, lakin onun vərəsəsi Cavabdeh X1 kreditor qarşısında yaranmış öhdəliyini icra etməmişdir. İddia tələbinin qanuni əsasını kredit müqaviləsi bağlanan zaman, yəni xx.xx.2023-cü ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MMnin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsəlik işi üzrə ölmüş şəxs (miras qoyan) X2 mülkiyyətində olmuş əmlaklar onun vərəsəsi Cavabdeh mülkiyyətinə keçdiyi və sonuncu miras əmlakları qəbul etdiyi üçün X1 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıya yaranmış kredit borcu onun vərəsəsi Cavabdeh tərəfindən icra edilməli olsa da, həmin kredit üzrə borc öhdəliyi Cavabdeh tərəfindən icra edilməmişdir. Odur ki, qeyd edilən borc Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 11715sSUM/20 saylı kredit müqaviləsi üzrə 2.351,58 manat əsas, 22,77 manat faiz, cəmi 2.374,35 manat borc və 44,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi və elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2(038)-608/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-608/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver