Məhkəmə qərarları › İş №e-2(038)-633/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-633/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-633/2023 28.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 2851.49 manat əsas borc 195.80 manat faiz borcu, 64.29 manat cərimə borcu, cəmi 3111.58 manat borc və 51.12 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 11170***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 9100 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 2851.49 manat məbləğində əsas kredit borcu, 195.80 manat məbləğində faiz borcu və 64.29 manat məbləğində cərimə olmaqla,cəmi 3111.58 manat məbləğində borcu yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2021-ciil tarixli 11170***-*******01 saylı müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 9100 manat kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə kimi banka 2851.49 manat əsas borc 195.80 manat faiz borcu, 64.29 manat cərimə borcu, cəmi 3111.58 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, »Bank Respublika» ASC məhkəmədə iddia qaldırmaq üçün 51.12 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 11170***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 9100 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdehnın 15.11 .2023-ci il tarixə İddiaçı ASC-yə 2851.49 manat məbləğində əsas kredit borcu, 195.80 manat məbləğində faiz borcu və 64.29 manat məbləğində cərimə olmaqla,cəmi 3111.58 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 11170***-*******01 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə cərimə pulunun 50 manat həddində tutulmasını daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2851.49 manat əsas borc 195.80 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 3097,29 manat borc və 51.12 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim:x1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar