Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-715/2025 03.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT "xxxx" MMC-nin) Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 noyabr 2019-cu il tarixli, 226 №-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 30 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 2928.62 manat, faiz borcu üzrə 53.97 manat olmaqla, ümumilikdə 2982.59 manat məbləğində tam kredit borcu və ödənilmiş 49.83 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2014-cü il tarixli, 46-14/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 18 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 3500 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli, 226№-li Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 06 noyabr 2019-cu il tarixinə olan 3196.38 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli, 226№-li restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən xx.xx.2021-ci il tarixindən cəmi 70.00 manat məbləğindən ödəniş edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 06 noyabr 2019-cu il tarixli, 226№-li restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 06 noyabr 2019-cu il tarixli, 226№-li kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, restrukturizasiya müqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 06 noyabr 2019-cu il tarixli, 226№-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 30 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 2928.62 manat, faiz borcu üzrə 53.97 manat olmaqla, ümumilikdə 2982.59 manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 19 mart 2014-cü il tarixli, 46-14/Fİ saylı qrup kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ödəmək şərti ilə, 3500 manat kredit məbləği ayrılmışdır. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 226 №-li restrukturizasiya müqaviləsinə əsasən, 06 noyabr 2019-cu il tarixinə olan 3196.38 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 06 noyabr 2019-cu il tarixli, 226 №-li restrukturizasiya müqaviləsi üzrə əsas borcu 2928.62 manat, faiz borcu 53.97 manat, ümumi 2982.59 manat borcu vardır. 06 noyabr 2019-cu il tarixli, 226 №-li restrukturizasiya müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 60 ay müddətində xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək hər ay 2.66 manat və xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 67.96 manat, son ayda 67.94 manat olmaqla sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu BOKT "xxxx" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı tərəfindən 49.83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 18 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında 19 mart 2014-cü il tarixli, 46- 14/Fİ saylı Kredit Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli, 226 nömrəli Restrukturizasiya müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 06 noyabr 2019-cu il tarixinə olan 3196.38 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. 06 noyabr 2019-cu il tarixli, 226 nömrəli restrukturizasiya müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixindən cəmi 70.00 manat məbləğindən ödəniş edilmişdir. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəməkdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC xx.xx.2025-ci il tarixə əsas borcu 2928.62 manat, faiz borcu 53.97 manat, ümumi borcu 2982.59 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qayarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hərhansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlərilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Cavabdeh BOKT "xxxx" MMC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 226 nömrəli restrukturizasiya müqaviləsi üzrə 2928.62 manat əsas, 53.97 manat faiz olmaqla, cəmi 2982.59 manat, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 49.83 manat, ümumilikdə 3032.42 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-150-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 06 noyabr 2019-cu il tarixli, 226 nömrəli restrukturizasiya müqaviləsi üzrə 2928.62 manat əsas və 53.97 manat faiz olmaqla, cəmi 2982.59 manat, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 49.83 manat, ümumilikdə 3032.42 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-715/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-715/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver