Məhkəmə qərarları › İş №e-2(038)-740/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-740/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-740/2024 09.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 2.070 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə «Admistirator» vəzifəsinə keçirilmiş və tərəflər arasında «Tam maddi məsuliyyət» haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 100x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 «b» (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavaistə iş yerində intizam xətasına yol vermişdir. Beləki, İddiaçı MMC-nin OBA Şüvəlan 8 mağazasında çalışdığı zaman xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin cəmiyyətə müvafiq olaraq 2.908 manat 49 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli «İnventarizasiya Nəticələrinə» dair Akda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olduğu kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövürdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilkidə 2.070 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X1 qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq X2 çatdırılması üçün Yardımlı RİHB-nın Yardımlı rayon Yolocaq inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh İddiaçı MMC-yə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Tam maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsində ona etibar edilmiş maddi sərvətlərin tam qayğısına qalmağı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyini öhdəsinə götürmüşdür. İşəgötürənə dəymiş ziyanın məbləği fatiki itkilər üzrə hesablanır. Əmək müqaviləsinə xitam verilməsi barədə 100X saylı əmrdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. OBA Şüvəlan 8 mağazasında xx.xx.2023-cü il tarixli «inventarizasiya nəticələrinə» dair Aktdan görünür ki, inventarizasiya zamanı çatışmazlığın məbləği 2.908,49 (iki min doqquz yüz səkkiz manat, 49 qəpik) manat təşkil edir. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2.908,49 (iki min doqquz yüz səkkiz manat, 49 qəpik) manat çatışmazlıq müəyyən olmuşdur. Yekun olaraq şəxsin şirkət qarşısında 2.070 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə “Administrator” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində öz ərizəsi əsasında 100X saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə «OBA Şüvəlan 8 » mağazasında aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş eyni tarixli «İnventarizasiya Nəticələrinə» dair akta əsasən ümumillikdə 2908.49 (iki min doqquz yüz səkkiz manat, 49 qəpik) manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Yekun olaraq Cavabdeh iddiaçıya 2070 manat 0 qəpik borcu yaranmışdır. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qeydiyyatda olduğu ünvan 2i ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Həmin maddənin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 199-cu maddəsinin ç bəndində əsasən işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərfindən tam həcmdə ödənilməlidir. Məhkəmə bu konteksdə ziyan vurma ilə bağlı iddia tələbinə hüquqi dəyərləndirmə verərək belə qənaətə gəlir ki, cavabdehin əməllərində ziyanvurma ilə bağlı mülki-hüquq pozuntusunun (deliktin) tərkibi olmuşdur. Buna görə iddia tələbi əsaslıdır. Belə ki, vurulmuş maddi ziyanla əlaqədar müvafiq akt tərtib edilmiş, həm ziyanın vurulması, həm də ziyanın məbləği ilə əlaqədar cavabdeh razılaşaraq müvafiq akta imza etməklə aktı qəbul etmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259.20 -220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 2.070(iki min yetmiş manat) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar