Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-812/2025 10.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 136 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 noyabr 2022-ci il tarixində Cavabdeh Rüstəm oğlu ona müraciət etmiş və borc pula ehtiyacı olduğunu bildirmişdir. O da etibar edərək, 15.000 manat məbləğində pul vəsaitini borc vermişdir. Pulun verilməsi zamanı cavabdehin öz əli ilə yazıb imzaladığı sənəd mövcuddur. Həmin sənəddə cavabdeh götürdüyü öhdəliyi etiraf edərək, borcun ən geci 31 dekabr 2022-ci il tarixinədək qaytarılacağına dair yazılı vəd vermişdir. Lakin, cavabdeh bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və ona olan borcunu qaytarmamışdır. Dəfələrlə edilən şifahi müraciətlərə və göstərdiyi səbirli münasibətə baxmayaraq, cavabdeh onun səmimi və yaxşı niyyətindən sui-istifadə edərək borcun ödənilməsindən yayınmaqdadır. Bu vəziyyət onun mülkiyyət hüquqlarının pozulmasına və maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə 15.000 manat məbləğində pul vəsaiti verilmiş, cavabdeh isə həmin məbləği qaytarmaq öhdəliyi götürmüşdür ki, bu da tərəflər arasında borc münasibətlərinin yarandığını sübut edir. Cavabdeh borcun ən geci 31 dekabr 2022-ci il tarixinədək qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi icra etməmiş, borcu müəyyən edilmiş müddətdə qaytarmamışdır ki, bu da öhdəliyin pozulması hesab olunur. Borcun qaytarılmalı olduğu son tarix 31 dekabr 2022-ci il olduğundan, hazırkı iddia qanunla müəyyən edilmiş iddia müddəti daxilində təqdim edilmişdir. Yazılı borc sənədi bu razılaşmanın inkaredilməz sübutudur. Bu səbəbdən cavabdehin ona olan 15.000 manat borcu tam şəkildə ödənilməlidir. Cavabdeh dostu Mehmanla gəlmiş, ondan iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borca pul verməsini xahiş etmişdir. Bu barədə cavabdeh yazılı qəbz vermiş və Mehmanda şahid kimi həmin qəbzə imza etmişdir. Cavabdeh həmin borca aldığı 15000 manat pulu geri qaytarmamışdır. Odur ki, işə qiyabi icraat qaydasında baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 05 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 manat məbləğində borca pul almış, həmin pulu 31 dekabr 2022-ci il tarixədək qaytaracağına söz vermiş və imza etmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 136 manat məbləğində dövlət rüsumu keçirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim edilmiş qəbzdən və iddiaçının izahatından görünür ki, tərəflər arasında 05 noyabr 2022-ci il tarixdə borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh 15000 manat məbləğində pul vəsaitini borc verməyi, cavabdeh isə 31 dekabr 2022-ci il tarixədək həmin pul vəsaitini iddiaçıya qaytaracağına dair üzərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, 15000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul vəsaitini 31 dekabr 2022-ci il tarixədək qaytarmalı olduğu halda bunu etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibət borc münasibətlərindən irəli gəldiyindən, hazırkı mübahisəyə də «borc» münasibətlərini tənzimləyə hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında kredit müqaviləsi bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə hesab edir ki, Cavabdeh onunla iddiaçı arasında bağlanmış borc müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.27 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 244 və 250-ci maddələrinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən 15000(on beş min) manat və 136 (bir yüz otuz altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15000(on beş min) manat və 136 (bir yüz otuz altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-812/2025
Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(038)-812/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver