Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1038/2023 18.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh, onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 manat sabit pul və gəlirlərin ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında Yevlax şəhər qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-6581/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü İpək Süleymanzadə adlı ovladı dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6581/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İpək Süleymanzadənin İddiaçı yanında qalması qət olunmuşdur. Hazırda uşağın böyüməsi ilə əlaqədar məsrəflərinin artmasını və ölkədə baş verən sosialiqtisadi dəyişiklikləri nəzərə aldıqda, təyin olunmuş aliment uşağın məsrəflərinin qarşılanması üçün kifayət etmir. Qeyd olunanlar nəzərə alınmaqla xx.xx.2015-ci il təvəllüdlü İpək Süleymanzadənin yetkinlik yaşına çatanadək İddiaçı yanında saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğinin və gəlirlərin ¼ hissəsi miqdarında alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçı ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-481/2020 saylı, 13 may 2020-ci il tarixli qətnaməsi ilə ondan hər ay 250 manat pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məbləğdə alimeni vaxtında ödəyir və borcu yoxdur. Himayəsində yaşlı və xəstə olan ata və anası var. Bundan başqa ikinci dəfə ailə qurmuş və həmin nikahdan artıq iki övladı var. Qazancının böyük bir hissəsini iddiaçıya versə digər ailə üzvlərini maddi cəhətdən təmin edə bilməyəcək. Bununla yanaşı alimentin yalnız gəlirinin ¼ hissəsində tutulmasına etiraz etmir. Sübutlar: Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(039)- 481/2020 nömrəli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(004)- 6581/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 19 oktyabr 2015-ci il tarixdə anadan olmuş İpək Süleymanzadə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 may 2023-cü il tarixli **********305600 №li məktubunda qeyd olunur ki, vergi ödəyicisi Cavabdeh təqdim etdiyi gəlir vergisi bəyannaməsi məlumatlarına əsasən 2021-ci il üzrə 16,520.00 manat, 2022-ci il üzrə 9,710.00 manat gəliri olmuşdur. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onun yaşı artmaqla saxlanması üçün xərclərinin da artması, cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması, habelə 2023-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. İddiaçı Sona Paşayeva, Cavabdeh hər ay 220 manat sabit pul və gəlirlərin ¼ hissəsi məbləğində alimenti ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin də olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin, mövcud sübutlarla təsdiq olunur ki, Yevlax Rayon Məhkəməsinin 13 may 2020ci il tarixli, 2(039)-481/2020 nömrəli qətnaməsi ilə alimentin məbləği müəyyən edilərkən cavabdehin vergi bəyannaməsinə əsasən 13 mart 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək ümumi gəlirinin 11,900 manat olması nəzərə alınmışdır. Cavabdehin vergi ödəyicisi kimi təqdim etdiyi gəlir vergisi bəyannaməsi əsasında gəlirinin 2021-ci il üzrə artaraq 16,520.00 manat, 2022-ci il üzrə isə azalaraq 9,710.00 manat olduğu müəyyən olunur. Bununla cavabdehin gəlirinin olduğu təsdiq edildiyindən və cavabdeh bu hissədə iddianı qəbul etdiyindən məhkəmə hesab edir ki, cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni amanda nəzərə alınmalıdır ki, cavabdehin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndir, bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən həm də sabit pul məbləğində aliment tutulmalıdır. Sabit pul məbləğini müəyyən edərkən məhkəmə cavabdehin himayəsində daha iki yetkinlik yaşına çatmayan övladının olduğunu nəzərə alır və hesab edir ki, həmin məbləğ 120 manat həddində müəyyən edilməlidir. Mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(039)-481/2020 nömrəli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay həm qazancın və başqa gəlirlərinin ¼ hissəsi, həm də 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan dövlət rüsumu 34 (otuz dörd) manat 40 (qırx) qəpik Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1038/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1038/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver