Məhkəmə qərarları › İş №e-2(039)-105/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-105/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-105/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4,504.89 AZN əsas, 459.52 AZN faiz borcunun və 69.65 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTZK4728599A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 4,717 AZN məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 4,504.89 AZN əsas, 459.52 AZN faiz, cəmi 4,964.41 AZN borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Sübutlar: "xxxx" ASC ilə cavabdeh Səadət Yusifova arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTZK4728599A299 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya illik 15 faiz ödəmək şərti ilə 35 ay müddətinə 4,717 AZN məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə xx.xx.2022-cı il tarixli Kredit Karlı müqaviləsinə əsasən 4,504.89 AZN əsas; 459.52 AZN faiz borcu yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh, qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTZK4728599A299 saylı kredit kartı müqaviləsi üzrə 4,504.89 manat əsas, 459.52 manat faiz borcu, habelə 69.65 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,034 (beş min otuz dörd) manat 06 (altı) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar