Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1072/2025 28.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borc tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlərdən 2520.35 manat əsas borc, 140.95 manat faiz borcu, 94.22 manat cərimə, cəmi 2755.72 (iki min yeddi yüz əlli beş manat yetmiş iki qəpik) manat borcun və 47.56 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ciil tarixli əsas kredit limiti razılaşmasına əsasən X6 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X6 36 ay müddətinə illik 15% dərəcəsi ilə (aylıq ödəniş 277.38 manat olmaqla hər ayın 19-dək ödənilmək şərti ilə) 8000 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Kredit öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Yevlax rayon 1 saylı notariat ofisinə göndərilmiş vəkil sorğusu vasitəsilə əldə edilmiş sənədlərə əsasən Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8V-18 reyestr nömrəsi ilə vərəsəlik işi açılmış və onun əsasında 2V-30, 2V-31, 2V-32, 2V- 33 reyestr nömrələri ilə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsələri aşağıdakılardır: 1. Cavabdeh2 2. Cavabdeh1 3. X8 4. X9 5. X11. “Elektron notariat” X1 əldə edilən çıxarışa əsasən şəhadətnamə əsasında verilən miras əmlakı buraxılış ili 2013-cü il olan “FORD FUSİON” minik markalı 90OY832 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və mərhum X4 adına hesablanmış iyun ayında çalışdığı günlərə görə aylıq əmək haqqı – 990 manat GROSS (880.25 AZN NET), istifadə edilməmiş məzuniyyətlərinə görə kompensasiya – 2216.90 AZN GROSS (1753.79 manat NET), ölüm haqqında təzminat – 3708,96 manat, ümumi hesablanmış məbləğ- 6915.86 GROSS (6543 manat NET) məbləğ vəsaitdən ibarətdir. Vərəsələrdən yalnız Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmış şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Əsas kredit limiti razılaşması üzrə öhdəliklər bank qarşısında tam icra edilmədiyindən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 2520.35 manat məbləğində əsas kredit borcu, 140.95 manat faiz, 94.42 manat cərimə borcu olmaqla, cəmi 2755.72 manat məbləğində borc qalmaqdadır. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ciil tarixli əsas kredit limiti razılaşmasından görünür ki, iddiaçı bank tərəfindən X6 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan SMS məlumatdan görünür ki, iddiaçı bank tərəfindən X6 36 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. İşdə olan Yevlax rayon 1 saylı notariat ofisinin 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Yevlax rayon 1 saylı notariat ofisində mərhum X4 adına xx.xx.2025-ci il tarixdə 8V-18 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır və onun əsasında 2V-30, 2V-31, 2V-32, 2V-33 saylı reyestr nömrələri ilə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsələri 1. Cavabdeh2 2. Cavabdeh1 3. X8 4. X9 5. X10r. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə X5 iddiaçı banka 2520.35 manat əsas borc, 140.95 manat faiz borcu, 94.22 manat cərimə, cəmi 2755.72 (iki min yeddi yüz əlli beş manat yetmiş iki qəpik) manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 2520.35 manat əsas borc, 140.95 manat faiz borcu, 94.22 manat cərimə, cəmi 2755.72 (iki min yeddi yüz əlli beş manat yetmiş iki qəpik) manat borc, 47.56 (qırx yeddi manat əlli altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1072/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1072/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver