Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1073/2025 29.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər tanıdığı Cavabdeh qardaşı oğlunun xəstəliyinin müalicəsi üçün ondan (iddiaçıdan) 2022-ci ilin avqust ayndan başlayaraq hissə-hissə ümumilikdə 1650 (bir min altı yüz əlli) manat məbləğində borc almış, qardaşı oğlu vəfat edəndən sonra ona olan borcundan cəmi 200 (iki yüz) manat qaytarmışdır. Borc cavabdehin «Kapital Bank» da olan kart hesabına köçürülmüş və buna dair qəbz mövcuddur. Borcun verilməsi Cavabdeh Kmil oğlunun istifadəsində olan (050) *** ** ** nömrə ilə Whatsap ani mesjlaşma tətbiqi vastəsi ilə yazışmada öz əksini tapmış və cavabdeh tərəfindən etiraf edilmişdir. Yazışmalarda cavabdeh ona olan borcunu qaytarcğına söz vermişdir. 1450 manat borcun qaytarılması üçün dəfələrlə cavabdehə etdiyi müraciəti nəticəsiz qaldığı üçün məcburiyyət qarşısında Yevlax rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Polis Şöbəsində ondan (iddiaçıdan) və cavabdehdən izahatlar alınmışdır. Cavabdeh izahatında ondan (iddiaçıdan) pul aldığını və həmin dövrdə ona 1500 (bir min beş yüz) manat borcunun olduğunu etiraf etmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona müraciətinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh ona (iddiaçıya) olan borcunu qaytarmadığı üçün ona 1450 (bir min dörd yüz) manat məbləğində əsas borca 1294.15 (bir min iki yüz doxsan dörd manat on beş qəpik) manat məbləğində əldən çıxmış fayda məbləği, ümumilikdə 2744.15 (iki min yeddi yüz qırx dörd manat on beş qəpik) manat məbləğində borcu yaranmışdır. Hesab edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442.1, 157.5, 449, 21.2, 443.5-ci maddələrinə istinad edərək, Cavabdeh Kmil oğlundan 1450 (bir min dörd yüz əlli) manat əsas borcun, 1294.15 (bir min iki yüz doxsan dörd manat on beş qəpik) manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 2744.15 (iki min yeddi yüz qırx dörd manat on beş qəpik) manat məbləğində pulun və 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddanın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh Kmil oğlundan 1450 (bir min dörd yüz əlli) manat əsas borcun və 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmn edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Yevlax rayon Poils Şöbəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Cavabdeh izahatında İddiaçı 1500 (bir min beş yüz) manat borc pul aldığını etiraf etmiş, həmn borcundan 100 (bir yüz) manatını qaytardığını, qalan borcunu isə hər ay 100 (bir yüz) manat ödəməklə qaytarcağını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1500 (bir min beş yüz) manat borc almış, aldığı borc puldan 50 (əlli) manatını qaytarmış, qalan 1450 (bir min dörd yüz əlli) manatı isə qaytarmaqdan yayınmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan borcunu qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında cavabdehin iddiaçıya ümumi borcundan 100 (bir yüz) manat qaytardığı müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmn edilərək, cavabdehdən 1450 (bir min dörd yüz əlli) manat borc pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat borc pul və 48 (qırx səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1073/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1073/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver