Məhkəmə qərarları › İş №e-2(039)-1137/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1137/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1137/2025 18.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7600 (yeddi min altı yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2019-cu ildən X1 onun yanında Qaradağ rayonu Binə ticarət mərkəzində ona (iddiaçıya) məxsus kişi geyimlərinin satışı ilə məşğul olur. X1 pandemiya dövründə Bakı şəhərində Suraxanı rayonunda yerləşən bazarda mağaza tapmış və cavabdehlərlə tanış olmuşdur. Özü (iddiaçı) də həmin mağazaya getmiş, mağazaya baxmış və cavabdehləri tanımışdır. Cavabdehlər ona (iddaçıya) məxsus mağazadan nisyə geyimlər almış, hissəhissə pulunu vermiş, lakin aldıqları geyim əşyalarının dəyərini tam ödəməmiş, nəticədə 7600 manat borcları yaranmışdır. Tələb etməsinə baxmayaraq, cavabdehlər yaranmış borcu ödəməmişdirlər. Buna görə Suraxanı rayon Polis İdarəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və cavabdehlər ona 5200 (beş min iki yüz) manat borclu qaldıqlarını etiraf etmişlər. Cavabdehlər borcu ödəmədiklərinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbələri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Cavabdeh1 7600 manat dəyərində kişi geyim malları verməsi, lakin sonuncunun götürdüyü mallara görə pulunu verməyərək vədinə əməl etməməsi barədə şikayəti araşdırılmış və toplanmış materialda cinayət hadisəsi olmadağından material üzrə cinayət işinin başlanmaı rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı X1 izahatında İddiaçı1 məxsus Bakı şəhəri Qaradağ rayonu ərazisində fəaliyyət göstərən «Binə» Ticarət Mərkəzində 7-A 2-42 saylı mağazada satış işinə baxdığını, 2021-ci ildən İddiaçı1 məxsus mağazadan sözügedən mallardan götürərək, Suraxanı rayonu Əmircan qəsəbəsində bazarın daxilində fəaliyyət göstərən geyim malları satan Cavabdeh1 nəğd və nisyə şəkildə verdiyi, 2023-cü ilin sonuna qədər Cavabdeh1 7600 manat dəyərində borcunun yarandığını, həmin yaranmış borcdan geri ala bilmədyini və borc sahibinin İddiaçı1 olduğunu göstərmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında 2007-ci ildən 2023-cü ilin son aylarınadək Bakı şəhəri Surxanı rayonu Əmircan qəsəbəsində yerləşən bazarda icarəyə mağaza götürərək, valideynləri ilə birlikdə kişi geyimləri satışı ilə məşğul olduğunu, təxminən pandemiyadan əvvəl, pandemiya ərəfəsində 4-5 il ərzində mağazaya geyim əşyalarını götürənin Mahir adlı şəxs olduğunu və Mahirlə valideynlərinin nəğd və nisyə şəkildə alver etdiklərini göstərmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında 2007-ci ildən 2023-cü ilin son aylarındadək Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən bazarda icarəyə mağaza götürərək, əri Nadir ilə birlikdə kişi geyimləri satışı ilə məşğul olduğunu, təxminən pandemiyadan əvvəl, pandemiya ərəfəsində 4-5 il ərzində mağazaya geyim əşyalarını Mahir adlı şəxsin verdiyini, Mahirlə nəğd və nisyə şəkildə alver etsə də, pandemiya ərəfəsində Mahirdən aldığı geyim əşyalarına görə təxminən 5200 manat dəyirndə pul borcu yarandığından ödəyə bilmədiyini, hazırda maddi durumu ilə bağlı pul ödəyə bilməsə də yaxın vaxt ərzində borcunu qaytaracağını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mağazadan nisyə geyimlər götürərək satmış, lakin götürdükləri geyim əşyalarının dəyərini tam ödəməmişdirlər. Nəticədə cavabdehlərin iddiaçıya həmin geyim əşyalarına görə 7600 (yeddi min altı yüz) manat borcları yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdehlər yaranmış borcu ödəməmişdirlər. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmşdirlər. Məhkəmə iclasında tərəflər arasında olan danışıqları əks etdirən disk dinlənilərkən də cavabdehlərdən X4 həmin alverə görə borcun yarandığını, yaranmış borcu ödəyəcəyini, lakin qalan borcun 5200 manat olduğunu bildirmişdir. Məhkəmə həmin xüsusatla bağlı iddiaçı tərəfin verdiyi izahatı daha inandırıcı və işin hallarına uyğun hesab edir. Belə ki, iddiaçıya məxsus geyim əşyalarını cavabdehlərə verən şəxs, yəni X1 da araşdırma zamanı alver nəticəsində cavabdehlərin iddiaçıya 7600 manat borclarının yarandığını bildirmişdir. Geyim əşyalarının Mahir Tanrıverdiyev tərəfindən verilməsini cavabdehdlərdən Sona Huseynova və Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində araşdırma aparılan zaman öz izahatları ilə təsdiq etmişlər. Bundan başqa, məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən hesab edir ki, yaranmış 7600 manat borc cavabdehlərin üçünün də borcudur və cavabdehlərin üçü də iddiaçı qarşısında öhdəlik daşımışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında 2007-ci ildən 2023-cü ilin son aylarınadək Bakı şəhəri Surxanı rayonu Əmircan qəsəbəsində yerləşən bazarda icarəyə mağaza götürərək, valideynləri ilə birlikdə kişi geyimləri satışı ilə məşğul olduğunu, təxminən pandemiyadan əvvəl, pandemiya ərəfəsində 4-5 il ərzində mağazaya geyim əşyalarını verən şəxsin Mahir adlı şəxs olduğunu, həmçinin Cavabdeh2 da həmin mağazada əri Cavabdeh3 ilə birlikdə kişi geyimləri satışı ilə məşğul olduğunu göstərmişlər. Göründüyü kimi cavabdehlərin üçü də birlikdə mağaza icarəyə götürərək, həmin mağazada kişi geyimlərinin satışı ilə məşğul olmuşlar və iddiaçıya məxsus geyim əşyaları nisyə olaraq cavabdehlərin üçünə də verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 7600 (yeddi min altı yüz) manat pul və 96 (doxsan altı) manat dövlət rüsumu alınıb İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar