Məhkəmə qərarları › İş №e-2(039)-1183/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1183/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1183/2025 07.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X2 iştirakı ilə İddiaçı ASC "xxxx" Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922№-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zaminlərdən tutulması tələbinə dair mülki işə 07 avqust 2025-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bank cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022ci il tarixli DKM/006N05A00991922№-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zaminlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922№-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 5169,32(beş min yüz doqquz manat 32 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 13%(on üç faiz) dərəcəsi ilə hesablanmış 155,24 ( yüz əlli dört manat iyirmi dört qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 3,22 manat(üç manat iyirmi iki qəpik) manat məbləğində penya, cəmi 5327,78 (beş min üç yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 73,30 (yetmiş üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bank iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli DKM/006N05A00991922 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsi şərtilə, 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh2 Bank qarşısında gecikdirilmiş borcu 5324,56 (beş min üç yüz iyirmi dört manat 56 qəpik) manat təşkil edir ki, bunun da 5169,32 (beş min yüz altmış doqquz manat 32 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 155,24 (bir yüz əlli beş manat 24 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 3,22 (üç manat 22 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədər sonuncu iilə, eyni zamanda digər Cavabdeh1(zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli, YLX-A-21.8.2024-002 nömrəli və xx.xx.2024-cü il tarixli YLX-XO-16.9.2024-001 xəbərdarlıq məktublarının və 2024-cü il tarixli YLX-XO-xx.xx.2024-001 nömrəli öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə, baxmayaraq həmin şəxslər, tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bugünkü günə cavabdehlərin əsas, faiz və cərimə borcunun məbləği barədə bankın sistemindən çıxarılmış məlumatları məhkəməyə təqdim etmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilmiş, lakin bildirişlər ünvana çatmadığı üçün məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər cavabdehlərə məlumat verilməsi üçün yaşayış yeri üzrə nümayəndəliyə göndərilmiş, Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1(2-266)2025 və 5-9-1(2- 267)2025 nömrəli məktublarına əsasən məhkəmə bildirişlərini cavabdehlərə çatdırmaq mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147.1-ci maddəsinə əsasən Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 saylı Kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bank tərəfindən X1 13 faiz dərəcəsi ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kreditor qarşısında borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan maliyyə cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə ASC "xxxx" Banka xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 saylı kredit müqaviləsinə əsasən 5169.32 manat vaxtı keçmiş əsas borc, 155,24 manat adi faiz borcu, 3.22 manat cərimə borcu olmaqla, cəmi 5327,78 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ++ borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə 5169.32 manat əsas borc, xx.xx.2025-ci il tarixə kimi 155.24 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 77.96 manat olmaqla, ümumilikdə 214.62 manat faiz borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 5169.32 manat əsas borc, xx.xx.2025-ci il tarixə kimi 155.24 manat faiz borcu və xx.xx.2025-ci il tarixdən məhkəmə qətnaməsinin qəbul edildiyi - xx.xx.2025-ci il tarixə kimi 77.96 manat faiz borcu olmaqla, ümumilikdə 214.62 manat faiz borcunun cavabdehlərdən tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin qərara əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Beləliklə hazırki halda kreditor olan iddiaçı bank müqavilənin qüvvədə olduğu müddət üçün məhkəmə qətnaməsi qəbul edildiyi tarixədək faiz borcunu tələb etməkdə haqlı olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış xx.xx.2025-ci il tarixə kimi 155.24 manat məbləğində adi faiz borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi (qətnamə qəbul edilən günə) yaranmış 77.96 manat faiz borcu olmaqla, ümumilikdə 214.62 manat faiz borcu borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyi üçün iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 73,30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2022-ci il tarixli DKM/006N05A00991922№-li Kredit müqaviləsi üzrə hesablanmış 5169,32 (beş min yüz altmış doqquz manat otuz iki qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 214.62 (iki yüz on dörd manat altmış iki qəpik) manat faiz borcu, 3,22 (üç manat iyirmi iki qəpik) manat penya, olmaqla, cəmi 5387.16 (beş min üç yüz səksən yeddi manat on altı qəpik) manat borc və ödənilmiş 73,30 (yetmiş üç manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ASC "xxxx" bankına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinetdən istifadə etməklə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar