Məhkəmə qərarları › İş №e-2(039)-124/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-124/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-124/2025 23.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Hüseynova Tahirə Göyüş qızı (bundan sonra “Borcalan” adlandırılacaq) arasünda bağlanmış BPM**********48 nömrəli xx.xx.2021-ci il tarixli X4 müqaviləsinə (bundan sonra “Kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məblərində kredit xətti açılmış, həmçinin BPM**********08 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə (bundan sonra “kredit müqaviləsi” adlandırılacaq) əsasən borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 5160 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələrin şərtlərinə əsasən borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Hüseynova Tahirə Göyüş qızının miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən Hüseynova Tahirə Göyüş qızının kredit xətti müqaviləsi üzrə banka ödənilməmiş 137.63 manat əsas və 3.01 manat faiz borcu, nağd kredit üzrə isə 5085.56 manat əsas borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.3, 739, 1306, 1146, 1255 və 1306.1-ci maddələrinə istinad edərək, Hüseynova Tahirə Göyüş qızının vərəsəsi Cavabdeh kredit xətti üzrə 137.63 manat əsas borc, 3.01 manat faiz borcu, nəğd kredit üzrə isə 5085.56 manat əsas borc, cəmi 5226.20 (beş min iki yüz iyirmi altı manat iyirmi qəpik) manat borcun, 72.45 (yetmiş iki manat qırx beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam şəkildə etiraf etdiklərini bildirərək, işə cavabdeh tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundn təmin edilməlidir. Belə ki, işdə olan BPM**********48 saylı xx.xx.2021-ci il tarixli X4 müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Hüseynova Tahirə Göyüş qızına 30 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit verilmişdir. İşdə olan BPM**********08 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Hüseynova Tahirə Göyüş qızına 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 5160 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Hüseynova Tahirə Göyüş qızının iddiaçı banka kredit müqaviləsi kredit xətti üzrə 137.63 manat əsas borc, 3.01 manat faiz borcu, nəğd kredit üzrə 5086.56 manat borcu, cəmi 5226.20 (beş min iki yüz iyirmi altı manat iyirmi qəpik) manat borcu vardgr. İşdə olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Tahirə Göyüş qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan «Elektron notariat» X1 çıxarışdan görünür ki, Hüseynov Cavabdeh Tahirə Göyüş qızından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmışdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə qanunlara müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli X4 müqaviləsinə əsasən 137.63 manat əsas borc, 3.01 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5085.56 manat əsas borc, cəmi 5226.20 (beş min iki yüz iyirmi altı manat iyirmi qəpik) manat borc, 72.45 (yetmiş iki manat qırx beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar