Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1313/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Nəzərov Bayram Tahir oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Nəzərov Bayram Tahir oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Nəzərov Bayram Tahir oğlundan və Cavabdeh1 müştərək qaydada "xxxx" MM QBKT-nin xeyrinə 4082.87 manat məbləğində əsas borc, 22.69 manat faiz borcu olmaqla, cəmi 4105.56 manat borcu təşkil etmiş, həmçinin **********1991 saylı kredit müqaviləsi üzrə 1740.43 manat məbləğində əsas borc, 10.13 manat cərimə borcu olmaqla, cəmi 1750.56 manat və ödənilməmiş 78.56 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nəzərov Bayram Tahir oğlu "xxxx" MMM QBKT ilə xx.xx.2019-cu il tarixdə bağladığı **********1988 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4244.06 manat, həmçinin eyni tarixə, **********1991 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1891.89 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.54 manat, dörd il müddətində isə hər ay 90.26 manat olmaqla və **********1991 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.63 manat dörd il müddətində isə hər ay 40.26 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1988-793938 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Nəzərov Bayram Tahir oğlunun əsas borc ü4082.87 manat məbləğində əsas borc, 22.69 manat faiz borcu olmaqla, cəmi 4105.56 manat borcu təşkil etmiş, həmçinin **********1991 saylı kredit müqaviləsi üzrə 1740.43 manat məbləğində əsas borc, 10.13 manat cərimə borcu olmaqla, cəmi 1750.56 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Nəzərov Bayram Tahir oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiki barədə məhkəməyə heç bir məlumat vermədikindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Cavabdeh1 kredit borcu olduğunu, lakin banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, "xxxx" MMM QBKT-nin ilə Nəzərov Bayram Tahir oğlu arasında xx.xx.2019cu il tarixli **********1988 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, sonuncunun vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə, kredit verən kredit alana 4244,06 manat məbləğində güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti ödəniş cədvəlinə uyğun 1 il müddətində tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli **********1988 №li kredit müqaviləsi üzrə borclu Nəzərov Bayram Tahir oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MMM QBKT-nin ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış **********1988- 793938 №li zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMM QBKT-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, maliyyə arayışından görünür ki, Nəzərov Bayram Tahir oğlunun kredit müqaviləsi üzrə əsas borcu 4082.87 manat məbləğində əsas borc, 22.69 manat faiz borcu olmaqla, cəmi 4105.56 manat borcu təşkil etmiş, həmçinin **********1991 saylı kredit müqaviləsi üzrə 1740.43 manat məbləğində əsas borc, 10.13 manat cərimə borcu olmaqla, cəmi 1750.56 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMM QBKT pretenziya qaydasına riayət edərək, cavabdehlər Nəzərov Bayram Tahir oğlundan və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Nəzərov Bayram Tahir oğlundan və Cavabdeh1 müştərək qaydada "xxxx" MMM QBKT-nin xeyrinə əsas borc üzrə 4082.87 manat məbləğində əsas borc, 22.69 manat faiz borcu olmaqla, cəmi 4105.56 manat borcu təşkil etmiş, həmçinin **********1991 saylı kredit müqaviləsi üzrə 1740.43 manat məbləğində əsas borc, 10.13 manat cərimə borcu olmaqla, cəmi 1750.56 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78.56 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Nəzərov Bayram Tahir oğlundan və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********1988 saylı kredit müqaviləsi üzrə 4082.87 manat məbləğində əsas borc, 22.69 manat faiz borcu olmaqla, cəmi 4105.56 manat borcu təşkil etmiş, həmçinin **********1991 saylı kredit müqaviləsi üzrə 1740.43 manat məbləğində əsas borc, 10.13 manat cərimə borcu olmaqla, cəmi 1750.56 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78.56 manat məbləğində pul iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1313/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1313/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver