Məhkəmə qərarları › İş №e-2(039)-1334/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1334/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1334/2025 22.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh, qarşı “borcun tutulması” tələbinə dair işə 22 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 407.22 manat əsas, 71.95 manat faiz, 71.84 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 551.01 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36%-dək ödəmək şərtilə 10000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı tərəfindən cavabdehin cari hesabına illik 29% olmaqla, 60 ay müddətinədək 300 manat məbləğində kredit köçürülmüşdür. Kredit limiti xx.xx.2020-ci il tarixində artırılaraq 500 manat olmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 407.22 manat əsas, 71.95 manat faiz, 71.84 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 551.01 manat borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, Cavabdeh, iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 5609Sgndj/20 saylı bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə ilk öncə 300 manat məbləğində kredit verilmiş, daha sonra kredit limiti 500 manat olmuşdur. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuş. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdeh "xxxx" KB ASC-yə 407.22 manat əsas, 71.95 manat faiz, 71.84 manat cərimə olmaqla cəmi 551.01 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 71,84 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsinin xx.xx.2025-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. (həmin tarixli bildirişdən görünür ki, Cavabdeh 46.21 manat faiz borcu yaranmışdır.) Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2025-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc 407.22 manat, 46,21 manat faiz, 5 manat cərimə olmaqla cəmi 458.43 manat borc və 30.40 manat dövlət rüsumu xx.xx.1979-cu il tarixində ünvan 1 ünvanında yaşayan Cavabdeh alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 22 yanvar 2024-cü il İş № e-2(039)-725/2024 "xxxx" KB ASC-yə Gəncə şəhəri, Ş.Hüseynov küçəsi bina 2 Surəti: Cavabdeh Yevlax rayonu, Yuxarı Qarxun kəndi Yevlax Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli e-2(039)-725/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Ruslan Əlizadə 2. №/_____/R E Y E S T R № e-2(039)-725/2024 S/sayı Kimə Hara Qeyd Gəncə şəhəri, Ş.Hüseynov Xəbərna 1 "xxxx" KB ASC küçəsi bina 2 məli Yevlax rayonu, Yuxarı Qarxun Xəbərna 2 Cavabdeh kəndi məli 2. №/_____/R E Y E S T R № e-2(039)-725/2024 S/sayı Kimə Hara Qeyd Gəncə şəhəri, Ş.Hüseynov Xəbərna 1 "xxxx" KB ASC küçəsi bina 2 məli Yevlax rayonu, Yuxarı Qarxun Xəbərna 2 Cavabdeh kəndi məli İş № e-2(039)-725/2024 İCRAVƏRƏQƏSİ 22 yanvar 2024-ci il Yevlax Rayon Məhkəməsi İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh, qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq qət etdi: İddia qismən təmin edilsin. Əsas borc 769.8 manat, cərimə borcu 148.5 manat, 38 manat cərimə, cəmi 956.30 manat borc və 30 manat dövlət rüsumu müştərək qaydada 28 yanvar 1980-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşayan Cavabdeh, alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə 22 fevral 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Cavabdeh - Yevlax rayonu, Yuxarı Qarxun kəndi Tələbkarın adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: "xxxx" KB ASC – Gəncə şəhəri, Ş.Hüseynov küçəsi bina 2 İcra vərəqəsi 22 fevral 2024-cü il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 22 yanvar 2024-cü il İş № e-2(039)-725/2024 Yevlax rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Rəşad Əliyevə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh, qarşı «borcun tutulması» tələbinə dair e-2(039)-725/2024 saylı mülki iş üzrə məhkəmənin 22 yanvar 2024-cü il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: Qətnamənin surəti, icra vərəqəsi. Məhkəmənin hakimi: Ruslan Əlizadə. İş № e-2(039)-725/2024 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Yevlax Rayon Məhkəməsi 22 yanvar 2024-cü il Yevlax Rayonu Hakim Əlizadə Ruslan Əliyar qızı sədrliyi ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh, qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət 09.00-da başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq qətnamə qəbul etdi. Prosessual hərəkət saat 09.10-da qurtardı. Protokol 22 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar