Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1434/2025 03.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1888.38( bir min səkkiz yüz səksən səkkiz ABŞ dolları, 38 sent) ABŞ dolları, bundan 927.40 (doqquz yüz iyirmi yeddi ABŞ dolları, 40 sent) ABŞ dolları əsas, 269.26 (iki yüz altmış doqquz ABŞ dolları, 26 sent) ABŞ dolları faiz, 553.40 (beş yüz əlli üç ABŞ dolları, 40 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 138.32 (bir yüz otuz səkkiz ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 52.11 (əlli iki manat, 11 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC xx.xx.2025-ci il tarixdə məhkəmə elektron sistemi vasitəsi ilə məhkəməyə ünvanlandığı ərizəsində iddia ərizəsinin baxılmadan işin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********12 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 52.11 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 52.11 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1434/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1434/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver