Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1440/2025 17.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası Mülki Məcəllənin 431.3-cü maddəsinin tələbləri qaydasında üçüncü şəxs tərəfindən öhdəliyin icrası ilə əlaqədar yaranmış borc məbləğinin reqres qaydasında geri tələb edilməsi” tələbinə dair işə 17 noyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 30 177,00 (otuz min bir yüz yetmiş yeddi) manat həcmində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə, İddiaçı tərəfindən ödənilmiş 182,00 (bir yüz səksən iki) manat həcmində dövlət rüsumunun Cavabdeh aid edilərək ondan tutularaq İddiaçı ödənilməsinə dair Qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi”nə əsasən o, bankdan 40 ay müddətinə, illik 6% dərəcəsi olmaqla, 47 000,00 (qırx yeddi min) manat məbləğində kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “İpoteka müqaviləsi”-nə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 677.56 kv.metr-dən ibarət əmlak kimi müəssisə bankın xeyrinə ipoteka yüklü etmişdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 40 ay müddətinə, illik 6 faiz olmaqla, 47 000,00 (qırx yeddi min) manat məbləğində kredit götürmüş və müxtəlif vaxtlarda onun tərəfindən həmin “Kredit müqaviləsi” üzrə əsas məbləğdən cəmi 17 807,00 (on yeddi min səkkiz yüz yeddi) manat pul vəsaitinin banka ödənilməsi təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(039)-151/2023 saylı Qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi təmin edilmiş, Cavabdeh 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi”nə əsasən 29 192,53 (iyirmi doqquz min bir yüz doxsan iki manat, 53qəpik) manat məbləğində əsas borc, 315.31 (üç yüz on beş manat, 31 qəpik) manat faiz borcu, 784,08 (yeddi yüz səksən dörd manat, 08 qəpik) cərimə borcu olmaqla, cəmi 30 291,92 (otuz min iki yüz doxsan iki manat, 92 qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və tutmanın xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1ində yerləşən 677.56 kv.metr sahəsi olan əmlak kompleksinə yönləndirilməsi ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1ində yerləşən 677.56 kv.metr sahəsi olan əmlak kompleksinin ilkin satış (likvid) qiyməti 111 000,00 (bir yüz on bir min) manat məbləğində müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-657/2024 saylı, 25 iyun 2024-cü il tarixli Qətnaməsi ilə 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi” üzrə 31 yanvar 2024-cü il tarixindən 13 iyun 2024-cü il tarixinə kimi cavabdeh İddiaçı tərəfindən əsas borc üzrə 10 606,00 (on min altı yüz altı) manat məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi nəzərə alınaraq "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi”nə əsasən 18 586,53 (on səkkiz min beş yüz səksən altı manat, 53 qəpik) manat məbləğində əsas borc, 315,31 (üç yüz on beş manat, 31 qəpik) manat faiz borcu, 784,08 (yeddi yüz səksən dörd manat, 08 qəpik) manat cərimə borcu, 102,65 (bir yüz iki manat, 65 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və tutmanın xüsusi mülkiyyət hüququ ilə X1 məxsus ünvan 1ində yerləşən 677.56 kv.metr sahəsi olan əmlak kompleksinə yönləndirilməsi və ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1ində yerləşən 677.56 kv.metr sahəsi olan əmlak kompleksinin ilkin satış (likvid) qiyməti 111 000,00 (bir yüz on bir min) manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən Kassasiya şikayəti verilmişdir. İpoteka predmetinin açıq hərracda öz dəyərindən qat-qat aşağı qiymətə satılması təhlükəsi yarandıqdan sonra ipoteka qoyan İddiaçı həmin əmlakın satışdan çıxarılması məqsədi ilə Cavabdeh əvəzinə LPO "xxxx" ASC-nin hesabına 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi” üzrə cəmi 30 177,00 (otuz min bir yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, Yevlax Rayon Məhkəməsinin 2(039)-151/2023 saylı, 19 dekabr 2023-cü il tarixli Qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-2(107)-93/2024 saylı Qətnaməsi ilə Cavabdeh üzərinə qoyulmuş öhdəliklər öz mülkiyyətində olan əmlak kompleksinin açıq hərracda aşağı qiymətə satılmasının qarşısını almaq məqsədiylə İddiaçı tərəfindən tam həcmdə icra edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçıya məxsus əmlak ipoteka yüklü olduğundan və hərraca çıxarılmaması üçün borc iddiaçı tərəfindən ödənilmişdir. Hazırda reqres qaydasında pulu tələb edirlər. Verilmiş suala cavab olaraq bildirdi ki, bank Şəki Kommersiya Məhkəməsinə müraciət etdikdən sonra 10606 manat ödəniş etmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsi ilə Cavabdeh oğlundan 18901.84 manat borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, ipoteka yüklü əmlakının açıq hərracda aşağı qiymətə satılmasının qarşısını almaq məqsədilə pulu tam şəkildə ödəmişdir. Qüdrət Şirinov onun mühasibidir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izah etdi ki, banka pulun ödənilməsi ilə bağlı sorğu vermişlər. Hazırda sorğuları cavablandırılmamışdır. Belə ki, ödənilən pul əsas məbləğdən deyil faiz məbləğindən tutulmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, pulun ödənilməsi məhkəmə qətnaməsinin qəbul edilməsindən asılıdır. Qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 2- 2(107)-93/2024 saylı Qətnaməyə əsasən iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi” ləğv edilsin. Cavabdeh 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “Kredit müqaviləsi”nə əsasən 18 901,84 manat əsas borc tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə 6606 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. İş üzrə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödəniş edilmişdir. İş üzrə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, İddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 182 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən Əmanətlərin Sığortalanması Fondunun 17 iyul 2025-ci il tarixli, 12-5/2-10701/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək xx.xx.2019-cu il tarixli 001/M nömrəli kredit müqaviləsi üzrə banka 30.177 (otuz min bir yüz yetmiş yeddi) manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil xəzinə qəbzinə əsasən Şirinov Qüdrət adlı şəxs tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli xəzinə mədaxil qəbzlərinə əsasən isə İddiaçı tərəfindən ödənilmiş və qalan digər ödənişlər Million ödəniş sistemi vasitəsi ilə aparıldığı üçün hansı şəxs tərəfindən ödəniş edildiyini müəyyən etmək mümkün deyil. İş üzrə məhkəmə iclasında tədqiq edilən vergi məlumatlarından görünür ki, fəaliyyət istiqaməti Yulafın becərilməsi məqsədilə İddiaçı adına ********** nömrəli VÖEN olmuşdur. VÖEN-nin statusu fəaliyyətini müvəqqəti dayandırmışdır. İş üzrə məhkəmə iclasında tədqiq edilən vergi məlumatlarından görünür ki, fəaliyyət istiqaməti İribuynuzlu Mal-Qaranın yetişdirilməsi məqsədilə Cavabdeh adına ********** nömrəli VÖEN olmuşdur. VÖEN-nin statusu fəaliyyətini müvəqqəti dayandırmışdır. Məhkəmədə müəyyən olunur görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən o, bankdan 47 000,00 (qırx yeddi min) manat məbləğində kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 17 yanvar 2019-cu il tarixli, 001/M saylı “İpoteka müqaviləsi”-nə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 677.56 kv.metr-dən ibarət əmlak kimi müəssisə bankın xeyrinə ipoteka yüklü etmişdir. Kredit məbləği əmlakı ipoteka yüklü edilən İddiaçı tərəfindən 30177 manat ödəniş edilmişdir. İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlakının açıq hərracda öz dəyərindən aşağı qiymətə satılmasının qarşısını almaq məqsədilə Cavabdeh əvəzinə borc öhdəliyini tam həcmdə ödəmişdir. Hal-hazırda da ödədiyi pul məbləğini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 11 və 12-ci bəndləri hazırki işə tətbiq edilməklə müəyyən olunur ki, işdə iştirak şəxslərin sahibkarlıq statusu olsa da, mübahisə nə predmetinə, nə də ki, hüquq münasibətərinin xarakterinə görə kommersiya mübahisəsi hesab edilmir. Həmin qərarın 31-ci bəndində göstərilənlərdən aydın olur ki, iddiaçı cavabdehin bank qarşısında müqavilə ilə yaranan öhdəliyi icra etdiyini, icra etdiyi həddə borcu tələb edir. Baxılan iş üzrə tərəflərin birgə olaraq sahibkarlıq fəaliyyəti həyata keçirmələri, onlar arasında korperativ münasibətlərin mövcudluğu təsdiq olunmur. Beləliklə tələb xarakter baxımdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30177,00 manat həcmdə pul vəsaitinin və 182 manat həcmdə dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinin tələbinə görə, Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 315.1-ci maddəsinin tələbinə görə, İpotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinin tələbinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.1-ci maddəsinin tələbinə görə, Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.2-ci maddəsinin tələbinə görə, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.3-cü maddəsinin tələbinə görə, əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.4-cü maddəsinin tələbinə görə, subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 177,00 manat həcmdə pul vəsaitinin və 182 manat həcmdə dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(039)-1440/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1440/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver