Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-151/2023 19.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi tələbin ipoteka predmetinə yönəldilməsi həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 29192.53 manat məbləğində əsas borc, 3904.46 manat faiz borcu, 6784.08 manat cərimə borcu olmaqla cəmi 39881.07 manat borcun tərəflərindən bildirişin qeydiyyat üçün ödənilmiş 135 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 211 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisənə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 40 227.07 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixində 001/M saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh1 40 ay müddətinə illik 6% olmaqla 47.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixində 001/M saylı sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisə (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX 1423412, reyestr nömrəsi **********37- 12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) ipoteka yüklü edilmişdir. Lakin Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli 001/M saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh1 İddiaçı ASC-yə 29192.53 manat məbləğində əsas borc, 3904.46 manat faiz borcu, 6784.08 manat cərimə borcu olmaqla cəmi 39881.07 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında hazırki müqavilə bağlanarkən sonuncu onu götürülmüş kredit borcunu vaxtında ödəyəcəyinə əmin etdiyindən özünə məxsus əmlak kompleksini banka ipotekaya qoymuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmış və kredit üzrə öhdəliklərini yerinə yetirməməklə yanaşı həmçinin həmin kredit üzrə götürülmüş məbləği belə təyinatı üzrə istifadə etməmiş, Muğanbank isə onun əmlakını dəfələrlə aşağı qiymətə dəyərləndirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 001/M №-li, xx.xx.2019-cu tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 illik 6 faizlə 40 ay müddətinə 47000 məbləğində kredit verilmiş, həmin kreditin təyinatı Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədi ilə mal-qaranın alınması üçün nəzərdə tutulmuşdur. 001/M №-li, xx.xx.2019-cu tarixli sonrakı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 illik 6 faizlə 40 ay müddətinə 47000 məbləğində kredit verilmiş və həmin kredit üzrə ipoteka qoyana - Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisə (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX 1423412, reyestr nömrəsi **********37-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "MuğanBank” ASC-nin adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 29,192.53 manat əsas, 3,904.46 manat faiz borcu, 6,784.08 manat cərimə borcu olmaqla, cəmi 39,881.07 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka 29.560,32 manat əsas və 315,31 manat faiz borcu olmaqla, cəmi 29.875.63 manat borcu vardır. "xxxx" MMC-nin 377 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisənin hazırkı real bazar qiyməti 130.000 (yüz otuz min) manat, likvid dəyəri isə 111.000 (yüz on bir min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqullar kəndində icarəsində olan 0.56 ha torpaq sahəsində yerləşən 677.56 kv.m ümumi, 649.04 kv.m əsas, 28.52 kv.m köməçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüquq üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun müqavilə üzrə Banka 29192.53 manat (iyirmi doqquz min yüz doxsan iki manat əlli üç qəpik) məbləğində əsas, 315,31 manat (üç yüz on beş manat otuz bir qəpik) faiz borcu yaranmışdır. Əsas və faiz borc hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində əsas borcun 29,192.53 manat, faiz borcunun isə 3,904.46 manat təşkil etdiyi göstərilsə də, müvafiq ekspert rəyində əsas borcun 29.560,32 manat, faiz borcunun isə 315,31 manat təşkil etdiyi göstərildiyindən, əsas borca aid hissədə iddia yalnız iddia tələbi həcmində 29,192.53 manat, faiz borcuna aid hissədə isə ekspert rəyində göstərilən həcmdə yəni 315,31 manat təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlərdən əsas kredit borcunun, faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 6784.08 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 784.08 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsinə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 29192.53 manat (iyirmi doqquz min yüz doxsan iki manat əlli üç qəpik) məbləğində əsas borc, 315,31 manat (üç yüz on beş manat otuz bir qəpik) faiz borcu, 784.08 manat (yeddi yüz səksən dörd manat səkkiz qəpik) cərimə borcu olmaqla cəmi 30291.92 manat (otuz min iki yüz dozsan bir manat doxsan iki qəpik) məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərçləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında mübahisə olduğu üçün qiymətləndiricinin rəyi alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 377 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisənin hazırkı real bazar qiyməti 130.000 (yüz otuz min) manat, likvid dəyəri isə 111.000 (yüz on bir min) manat təşkil edir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd olunmalıdır ki, ipoteka predmetinin daha artıq qiymətə malik olmasına dair iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən likvid dəyər əsasında müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29192.53 manat (iyirmi doqquz min yüz doxsan iki manat əlli üç qəpik) məbləğində əsas borc, 315,31 manat (üç yüz on beş manat otuz bir qəpik) faiz borcu, 784.08 manat (yeddi yüz səksən dörd manat səkkiz qəpik) cərimə borcu olmaqla cəmi 30291.92 manat (otuz min iki yüz dozsan bir manat doxsan iki qəpik) məbləğində borc tutulmalı, tələb Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsat İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yöndəldilməli, qalan vəsait isə Cavabdeh2 qaytarılmalı, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat dövlət rüsumunun və ödənilmiş 178.87 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 001/M saylı kredit müqaviləsinə əsasən 29192.53 manat (iyirmi doqquz min yüz doxsan iki manat əlli üç qəpik) məbləğində əsas borc, 315,31 manat (üç yüz on beş manat otuz bir qəpik) faiz borcu, 784.08 manat (yeddi yüz səksən dörd manat səkkiz qəpik) cərimə borcu olmaqla cəmi 30291.92 manat (otuz min iki yüz dozsan bir manat doxsan iki qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinə yönəldilsin. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti 111000 (yüz on bir min) manat müəyyən edilsin. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksi açıq hərracdan satılsın və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 30291.92 manat (otuz min iki yüz dozsan bir manat doxsan iki qəpik) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan vəsait isə Cavabdeh2 qaytarılsın. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisəni satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə Cavabdeh2 həmin əmlakdan çıxarılsın. İddia qalan hissədə rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 178.87 (bir yüz yetmiş səkkiz manat 87 qəpik) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manatın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-151/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-151/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver