Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1638/2022 13.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,357.51 manat məbləğində əsas, 3,102.31 manat faiz borcu, habelə 65 manat dövlət rüsumunun tutulması barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 yanvar 2020 il tariхli, 900804-656016/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 1,500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 16 iyun 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1,357.51 manat məbləğində əsas bоrcu və 3,102.31 manat faiz borcu оlmaqla, ümumilikdə 4,459.82 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə müraciət edərək işə İddiaçı ASC -nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tariхli, 900804- 656016/1 nömrəli istehlak krеditi müqaviləsi ilə müəyyən olunur ki, borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 1,500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışında qeyd edilir ki, 08 yanvar 2020 il tariхli, 900804-656016/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə 16 iyun 2022-ci il tarixə borcalanın Banka 1357.51 manat məbləğində əsas borcu və 3102.31 manat faiz borcu, ümumi 4459.82 manat borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2022-ci il tarixli 9/6580 nömrəli rəyində qeyd edilir ki, 08 yanvar 2020-ci il tariхli, 900804-656016/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 1.752.88 manat məbləğində müəyyən edilir, o cümlədən, 1.342.80 manat əsas borc, 410.08 manat faiz borcu təşkil edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə görə sonuncuya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 1,500 manat məbləğində kredit verilmiş və o, kredit müqaviləsi üzrə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. İddia tələbində müqavilə üzə əsas borcun 1,357.51 manat, faiz borcunun 3,102.31 manat təşkil edildiyi qeyd edilsə də, ekspert rəyində qeyd edilən müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə 1,342.80 manat əsas borc, 410.08 manat faiz borcunun olduğu qeyd edilmişdir. Həmin rəyin əsassızlığına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcu tələbi hissəsində iddia qismən, yəni ekspert rəyi ilə müqavilə müddətinin bitdiyi tarixə olan məbləğdə təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilən tələbə mütənasib olaraq Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri bərabər hissədə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 yanvar 2020 il tariхli, 900804-656016/1 nömrəli kredit müqaviləsi üzrə 1,342.80 manat məbləğində əsas borc, 410.08 manat məbləğində faiz borcu, habelə 37.52 manat ödənilməli olan dövlət rüsumunun əvəzi, ümumi 1,790 (bir min yeddi yüz doxsan) manat 40 (qırx) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı ASC-dən, 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1638/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1638/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver