Məhkəmə qərarları › İş №e-2(039)-1653/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1653/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1653/2022 27.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı güzəştli kredit müqaviləsi üzrə 2083.62 manat əsas borc və 3.19 manat faiz borcu olmaqla, cəmi 2086.81 manat məbləğin və ödənilmiş 40.86 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh1 arasında 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Cavabdehlə bağlanmış 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı müqaviləyə əsasən cavabdeh Nəsibov Pərviz Nəsib oğlunun kredit borcu restrukrurizasiya olunaraq, onun 2141.0 manat vaxtı keçmiş borcuna illik 1 faiz hesablanması şərti ilə həmin borcun 5 il müddətinə ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh Pərviz Nəsibov həmin güzəştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh Pərviz Nəsibovla İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı müqavilənin təminatı olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında 28 yanvar 2020-ci il tarixli saylı zaminlik müqaviləsi bağlanmış və zamin olaraq o, borclu ilə birlikdə həmin borcun ödənilməsinə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh Nəsibov Pərviz Nəsib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə əsasən borcdan ödəniş etməli idi. Lakin cavabdeh P.Nəsibov müqavilənin həmin şərtlərinə əməl etməmişdir. Cavabdehin iddiaçıya borcu 2083.62 manat əsas borc, 3.19 manat faiz borcu olmaqla, cəmi borcu 2086.81 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdeh Pərviz Nəsibova və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmədə aydın oldu ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh1 arasında 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Cavabdehlə bağlanmış 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı müqaviləyə əsasən cavabdeh Nəsibov Pərviz Nəsib oğlunun kredit borcu restrukrurizasiya olunaraq, onun 2141.0 manat vaxtı keçmiş borcuna illik 1 faiz hesablanması şərti ilə həmin borcun 5 il müddətinə ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh Pərviz Nəsibov həmin güzəştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh Pərviz Nəsibovla İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli 18/Kİ saylı müqavilənin təminatı olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında 28 yanvar 2020-ci il tarixli saylı zaminlik müqaviləsi bağlanmış və zamin olaraq o, borclu ilə birlikdə həmin borcun ödənilməsinə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh Nəsibov Pərviz Nəsib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə əsasən borcdan ödəniş etməli idi. Lakin cavabdeh P.Nəsibov müqavilənin həmin şərtlərinə əməl etməmişdir. Cavabdehin iddiaçıya borcu 2083.62 manat əsas borc, 3.19 manat faiz borcu olmaqla, cəmi borcu 2086.81 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas kredit borcu 2083.62 manat, 3.19 manat faiz borcu, cəmi 2086.81 manat borc və ödənilmiş 40.86 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx xxxxxx 1983cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində doğulmuş, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan Cavabdeh1, xx xxxx 1956-cı il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində doğulmuş, Yevlax şəhəri, Nizami prospekti 60-da qeydiyyatda olan Cavabdeh3 və xx xxxx 1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan Cavabdeh2 alınaraq BOKT İddiaçı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar