Məhkəmə qərarları › İş №e-2(039)-1688/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1688/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1688/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən əsas borc üzrə 3,114.50 manat, həmçinin ödənilmiş 51.15 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Yevlax” filialı ilə borc alan X1 arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə illik 22 faiz olmaqla 5,900 manat məbləğində kredit verilmişdir. Əldə olunmuş məlumata görə borc alan Kamalə İsmayılova xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" ASC-nin “Yevlax” filialı ilə Kamalə İsmayılova arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin lazımınca icra edilməsi üçün "xxxx" ASC-nin “Yevlax” filialı ilə Cavabdeh arasında BPM**********63 nömrəli xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini Bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər yerinə yetirilməmişdir. BPM**********63 nömrəli xx.xx.2018-ci nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 3,114. 50 manat kredit borcu mövcuddur. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, əvvəllər müəllimi olan Kəmalə İsmayılovanın xahişi əsasında zamin olaraq Bankla müqavilə bağlamışdır. Kəmalə İsmayılova bildirmişdir ki, bütün borcu özü ödəyəcəkdir. Lakin, Kəmalə İsmayılova vəfat etmişdir. Bunun nəticəsində borc yaranmışdır. Həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etməddiyini bildirmişdir. Sübutlar: "xxxx" ASC ilə Kamalə İsmayılova arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli BPM**********63 saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya, illik 22 faiz ödəmək şərti ilə 60 ay müddətinə 5,900 AZN məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış eyni tarixli və saylı Zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu, kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. Maliyyə arayışlarına əsasən, 17 oktyabr 2018-ci il tarixli BPM**********63 saylı kredit müqaviləsi üzrə 23 fevral 2022-ci il tarixə 3,114.50 manat əsas borc vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501 Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə mərhum Kamalə İsmayılova arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında sonuncuya illik 22 faiz ödəmək şərti ilə 60 ay müddətinə 5,900 manat kredit verilmişdir. Eyni tarixdə iddiaçı ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu, kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Lakin, Kamalə İsmayılova müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, vəfat etmiş və bunun nəticəsində borc yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh yaranmış borca görə birgə məsuliyyət daşıyır və iddiaçı ondan həmin borcu tələb etməkdə haqlıdır. Əsas borcun əsassızlığına dair də hər hansı sübut müəyyən edilmədiyindən, cavabdeh buna etiraz etmədiyindən iddia tam olaraq təmin edilməli, iddia tələbində qeyd edilən məbləğdə borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********63 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.114.50 manat əsas borcu, 51.15 manat ödənilmiş dövlət rüsumunun əvəzi, habelə 0.40 manat bank xidməti xərci, ümumi 3,166 (üç min bir yüz altmış altı) manat 05 (beş) qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar