Məhkəmə qərarları › İş №e-2(039)-1723/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1723/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1723/2023 07.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 271.36 AZN əsas, 75.40 AZN faiz borcunun, xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2,068.76 AZN əsas, 303.66 AZN faiz borcunun və ödənilmiş 47.19 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRED4650370A182 saylı Kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışları və hesabdan çıxarışlardır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BRED4650370A182 saylı kredit müqaviləsinə əsasən 271.36 AZN əsas, 75.40 AZN faiz borcu, xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2,068.76 AZN əsas, 303.66 AZN faiz borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 12 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 3,000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRED4650370A182 saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, sonuncuya Bank tərəfindən ödəniş kartı verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, BRED4650370A182 saylı kredit müqaviləsinə əsasən 271.36 AZN əsas, 75.40 AZN faiz borcu, xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2,068.76 AZN əsas, 303.66 AZN faiz borcu vardır. Hüquqi məslələr: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh, qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdeh həmin məbləğləri mübahisələndirməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BRED4650370A182 saylı kredit müqaviləsinə əsasən 271.36 manat əsas, 75.40 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, GTKR5828497A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2,068.76 manat əsas, 303.66 manat faiz borcu, habelə 47.19 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,766 (iki min yeddi yüz altmış altı) manat 37 (otuz yeddi) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar