Məhkəmə qərarları › İş №e-2(039)-1740/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1740/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1740/2024 06.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC "Xalq" Bankın nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC "Xalq" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "Xalq" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, DKM/003N05A00953922 №-li kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6332.50 manat məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 31,22 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 3,12 manat məbləğində penya, cəmi 6366,84 (altı min üç yüz altmış altı manat səksən dörd qəpik) manat borcun və xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 13 % dərəcəsi ilə hesablanan faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında ərizə verərək, iddianı tam şəkildə etiraf etdiyini bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ASC "Xalq" Bankın nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı bankla cavabdehlər Cavabdeh1 (Borc alan) və Cavabdeh2 (Birgə borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/003N05A00953922 saylı kredit müqaviləsinə əsasən iddidaçı Bank tərəfindən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % ödənilməsi şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Cavabdeh1 və onunla birgə məsuliyyət daşıyan digər Cavabdeh2 həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, bundan əlavə Cavabdeh1 kedit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cabdehlər bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə cabdehlərin Bank qarşısında gecikdirilmiş borcu 6363.72 manat təşkil edir ki, bunun da 6332,50 manatı vaxtı keçmiş əsas borcdan, 31,22 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, cavabdehlər kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 3.12 manat təşkil edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddanı etiraf edərək, verdiyi izahatında əşstərmişdir ki, iddiaçı bankla onun və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/003N05A00953922 saylı kredit müqaviləsinə əsasən iddidaçı Bank tərəfindən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % ödənilməsi şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Əvvəllər ödənişləri vaxtında etsələr də, sonradan maddi imkanları olmadığından öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmişdirlər. Nəticədə iddiaçı banka hazırkı borc yaranmışdır. Hazırda iddianı tam etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, DKM/ 003N05A953922 saylı kredit müqaviləsindən görünür ki, iddaçı bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 48 ay müddətinə illik 13 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı banka kredit müqaviləsi üzrə 6332.50 manat əsas borc, 31.22 manat faiz borcu, 3.12 cərimə borcu olmaqla, cəmi 6366.84 (altı min üç yüz otuz iki manat səksən dörd qəpik ) manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə qanunlara müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdehlər tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6332.50 manat əsas borc, 31.22 manat faiz borcu, 3.12 manat cərimə, cəmi 6366.84 (altı min üç yüz altmış altı manat səksən dörd qəpik ) manat borc, xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 13 % dərəcəsi ilə hesablanan faizlər, illik 15 % dərəcəsi ilə hesablanan penya və 83.67 (səksən üç manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq ASC "Xalq" Bankının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar