Məhkəmə qərarları › İş №e-2(039)-1753/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1753/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1753/2022 05.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3,184.78 AZN əsas, 64.46 AZN faiz, həmçinin 62.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 22 12.2020-ci il tarixli, **********0351 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6,000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər 325 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard" adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca esablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi уerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdehlər iddiaçının tələbinə etiraz etməmişlər. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0351 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6,000 manat kredit verilmişdir. “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə müəyyən olunur ki, sonuncu, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat vermişdir. Maliyyə arayışından müəyyən olunur ki, kredit müqaviləsi üzrə 3,627.00 AZN əsas, 575.29 AZN faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə birgə məsuliyyət daşıyırlar, iddiaçının tələbi əsaslıdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair sübutlar müəyyən edilməmiş, cavabdehlər buna etiraz etməmişlər. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, **********0351 nömrəli kredit müqaviləsi üzrə 3,627.00 manat əsas, 575.29 manat faiz borcu, habelə 62.05 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4,264 (dörd min iki yüz altmış dörd) manat 34 (otuz dörd) qəpik iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar