Məhkəmə qərarları › İş №e-2(039)-1775/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1775/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1775/2022 04.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, 1414,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2255,14 ABŞ dolları məbləğində borcun və 58.34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Bank ilə xx.xx.2015-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində, illik 32% dərəcəsi ilə ödəmək şərtilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 360006505-ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhdəliyi icra etmıməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2983.38 ABŞ dolları hesablanmışdır. Kredit müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri ilə üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kredit restuktunizasiya olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3144.28 ABŞ dolları hesablanmışdır. (1USD=1.40 AZN) kredit müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, 1414,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Hüquq şöbəsinin aparıcı mütəxəssisi Həsənli Hikmət məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2015-ci il tarixli, ********* №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 32 faiz dərəcəsi ilə 24 ay müddətinə 3200 ABŞ dolları məbləğində krediti verilmişdir. Borcalan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli, ********* №li kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, ********* Z/M №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli “kredit və zaminlik müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 2983.38 ABŞ dolları hesanlanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqaviləsi üzrə bağlanmış əsavə sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3144.28 ABŞ dolları hesablanmışdır. (1USD=1.40 AZN) kredit müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, 1414,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2255,14 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka cəmi 2255,14 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbcavabdehdən 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin hesablanmış 1414,29 ABŞ dolları cərimə - dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1414,29 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 130 ABŞ dolları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, 130 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 970,85 ABŞ dolları pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58.34 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 443,26 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 334,71 ABŞ dolları faiz borcu, 130 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 62,88 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 970.85 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 58.34 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar