Məhkəmə qərarları › İş №e-2(039)-1801/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1801/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1801/2023 11.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Bankın xeyrinə xx.xx.2022-ci il tarixli, 346560-1- 35720 saylı kredit müqaviləsinə əsasən 4716.03 manat məbləğində əsas borc, 563.76 manat faiz borcu, 231.45 manat məbləğində cərimə olmaqla, cəmi 5511.24 manat kredit borcu və 75.11 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizəsində iddia tələbinin Cavabdeh Bankın xeyrinə xx.xx.2022-ci il tarixli, 346560-1-35720 saylı kredit müqaviləsinə əsasən 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcu, 231.45 manat məbləğində cərimə olmaqla, cəmi 5482.18 manat kredit borcu və 75.11 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, Bank ilə xx.xx.2022-ci il tarixdə bağladığı, 346560-1-35720 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən istehlak məqsədi üçün illik 28,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4912 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit vəsatinində istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və bunun nəticəsində cavabdehin öz üzərinə götürdüyü kredit öhdəliklərini 02.012.2022-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx.xx.2023-cü il tarixə 4716.03 manat məbləğində əsas borc, 563.76 manat faiz borcu, 231.45 manat məbləğində cərimə olmaqla, cəmi 5511.24 manat məbləğində borcu qalmışdır. İddiaçı Bankın nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin Bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax rayon Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan Cavabdeh hal-hazırda Yevlax rayonu Kövər kəndində yaşamır və onun Yevlax rayon Kövər kənd ərazisində yaxın qohumu yaşamadığı üçün məhkəmə bildirişi heç kimə təqdim edilməmişdir. Cavabdeh hal-hazırda Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli, 346560-1-35720 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 28.9 faiz ödəmək şərti ilə 60 ay müddətinə 4912 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcu, 231.45 manat məbləğində cərimə olmaqla, cəmi 5482.18 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh banka olan 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcu, 231.45 manat məbləğində cərimə olmaqla, cəmi 5482.18 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 231.45 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 31 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcu, 31 manat məbləğində cərimə olmaqla, cəmi 5281.73 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 72.81 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4716.03 manat məbləğində əsas borc, 534.70 manat faiz borcu, 31 manat məbləğində cərimə olmaqla, cəmi 5281.73 manat məbləğində borc və 72.81 dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar