Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1895/2025 30.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X1 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müaviləsi üzrə mübahisələr” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müaviləsi üzrə mübahisələr” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC "xxxx" Bankı məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə icraata xitam verilməsini və iddia ərizəsi verilməsinə görə ödənilmiş 54,59 ( əlli dörd manat 59 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı ASC "xxxx" Bankına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud İddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdehtərəfin buna razılığının alınması tələb olunmur.”; Belə ki, İddiaçı ASC "xxxx" Bankı məhkəməyə ərizə ünvanlayaraq iddianın icraatına xitam verilməsini və iddia ərizəsi verilməsinə görə ödənilmiş 54,59 (əlli dörd manat 59 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı ASC "xxxx" Bankına qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini İddiaçı ASC "xxxx" Bankının iddianın geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı ASC "xxxx" Bankına qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 259.0.9, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC "xxxx" Bankına geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qıbzlı ödənilmiş 54,59 (əlli dörd manat 59 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı ASC "xxxx" Bankına qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1895/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1895/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver