Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1910/2023 01.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra mətndə Bank) cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bankın xeyrinə 985.79 ABŞ dolları əsas, əsas kredit məbləğinə hesablanmış 460.19 ABŞ dolları faiz borcu, 1406.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2999.95 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 arasında bağlanmış 105/B15 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21.5% dərəcəsi ilə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında ZM-105/B15 nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehin kredit müqaviləsi üzrə 985.79 ABŞ dolları əsas, əsas kredit məbləğinə hesablanmış 460.19 ABŞ dolları faiz borcu, 1406.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2999.95 ABŞ dolları borcu yaranmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Hüquq şöbəsinin aparıcı mütəxəssisi Həsənli Hikmət məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qismən qəbul etdiyini, 3700 manat kredit götürdüyünü hər ay 230 manat kredit ödənişi etdiyini, onun 981 manat borcu olduğunu, 2017-ci ildə bankla kreditin müddətinin artırılması barədə müqavilə imzaladığını, lakin bankdan pulu manat olaraq götürdüyünü bildirərək məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2015-ci il tarixli, 105/B15 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X3 illik 21.5 faiz dərəcəsi ilə 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində krediti verilmişdir. Borcalan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli, 105/B15 №li kredit müqaviləsi üzrə borclu X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 105/B15 Z/M №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli “kredit və zaminlik müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 3873.05 ABŞ dolları hesanlanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 985.79 ABŞ dolları əsas, əsas kredit məbləğinə hesablanmış 460.19 ABŞ dolları faiz borcu, 1406.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2999.95 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pretenziya qaydasına riayət edərək, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka cəmi 985.79 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 460.94 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdeh müvafiq krediti manat olaraq götürdüyünü, habelə cəmi 981 manat borcu qaldığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbcavabdehdən 985.79 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 460.94 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin hesablanmış 1406,64 ABŞ dolları cərimə - dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1406,64 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 106.64 ABŞ dolları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 985.79 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 460.94 ABŞ dolları faiz borcu, 106.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1699,95 ABŞ dolları pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 985.79 ABŞ dolları əsas, kredit məbləğinə hesablanmış 460.94 ABŞ dolları faiz borcu, 106.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 146.58 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1699,95 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 65 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1910/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1910/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver