Məhkəmə qərarları › İş №e-2(039)-1920/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1920/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1920/2022 24.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Zahit Karayolun, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı daşınar əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Favorit-Dad MMC Cavabdeh qarşı daşınar əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, şirkətin mülkiyyətində olan daşınar əmlakların Cavabdeh qanunsuz sahbliyindən alınaraq şirkətə geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC daxili ticarət ilə yanaşı xarici ölkələrdən də qida məhsulları idxal edərək Respublikada daxili bazarda satış həyata keçirilir. Bu satışları da öz işçi qüvvəsi və şirkətin inventarında olan maşınları ilə həyata keçirir. Lakin elə vaxtlar olur kı, hazır bazarı və ya hazır bazası olan öz hesabına işləyərək qarışıq məhsulları öz bazasına komisya qarşılığında satan vasitəçilərpartnyorlar olur. Ancaq bu vasitəçilik-partnyorluq prosəsini həyata kecirərkən öz hesabına komisya qarşılığında işləyən vasitəçilərdən-partnyorlardan bəziləri MMC-nin işinə və əmlakına xələl gətirməktədir. “Favorit-Dad MMC-nin vasitəçilik-partnyorluq edərək işlədiyi Cavabdeh 25 fevral 2020-ci il tarixindən əvvəl Xırdalan şəhəri, Sumqayıt şəhəri və Bakı şəhəri ərazilərindəki bir neçə ədəd Şadlıq saraylarına müxtəlif tarixlərdə və müxtəlif çeşiddə və miqdarlarda şirkətin məhsullarından vasitəçilik edərək satmışdır. Cavabdeh 2019-cu ilin axırına qədər Şirkətləri ilə düzgün işləmiş və sonuncunun məhsullarını öz adından öz müştərilərinə təhvil vermişdir. Bu satışlarının bir hissəsini nağd bir hissəsini də öz müştərilərinə müəyyən vaxta qədər borca satıb sonrada şirkətlərinə olan borclarını vaxtı vaxtına ödəyirdi. Lakin 2020-ci ilin əvvəllərində yenədə həmişəki kimi şadlıq sarayları və restoranlara öz adından satış etsə də, ancaq nağd gələn pullar həmişəki kimi gəlməmiş və Cavabdeh hal və hərəkətlərində şübhə yaradan hallar baş vermişdir. Cavabdeh ödənişləri soruşduqda isə bir neçə günə və həftəyə verəcək kimi cümlələrlə pulları verməkdən yayınmışdır. Bələ ki, şirkətin müştərilərlə üzləşmə aktlarını incələmə vəzifəsində işləyən X2, Cavabdeh ilə götürdüyü məhsullara görə üzləşmə etmək istəmiş, lakin Cavabdeh hər dəfəsində üzləşmə etməkdən də boyun qaçırmış, lakin sonda həmin üzləşmə aparılmışdır. Üzləşmədə Cavabdeh 22.100 manat məbləğində Məhsulu Şadlıq saraylarına və restoranlara tamamını borca satdığını demişdir. Cavabdeh hərəkətlərındən şübhələnən şirkət əməkdaşları X5 Mustafayevanın müştərilərini bir-bir yığaraq ödənişlər barədə məlumat götürmək istəyəndə üzə çıxdı ki, Cavabdeh şirkətlərindən borca götürdüyü məhsulları maya dəyərindən %50 faiz aşağı nağd sataraq pulları şadlıq sarayları və restoranlardan götürüb mənimsəyərək xərcləmiş və şirkətin həm iqtisadi vəziyətinə həmdə şirkətin daşınar əmlakına külli miqdarda ziyan vurmuşdur. Bu vəziyyəti şirkət əməkdaşları və departament müdürünün nəzarətində 25 fevral 2020-ci il tarixdə Cavabdeh izahat götürülərək akt tərtib edib imza edilmişdir. İzahatında Cavabdeh borcu boynuna götürüb ən təz vaxta geri qaytaracağını və hadisədən peşman olduğunu öz yazısı ilə və şahidlərin qarşısında 25 fevral 2020-ci il tarixdəki izahatında öz imzası ilə təsdiqləmiş, lakin bu günə qədər 22.100 manat məbləğində pul qaytarmamışdır. Şirkətin mülkiyyətində olan daşınar əmlaklar cavabdehin qanunsuz sahibliyindən alınaraq “Favorit-Dad MMC-yə geri qaytarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Zahit Karayolun iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında, habelə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, o, 2018-2019-cu illlərdə qeyri qanuni olaraq "xxxx" şirkətində ekspeditor vəzifəsində çalışmış, həmin müddət ərzində "xxxx" şirkətinə aid olan (toyuq, balıq, yumrta və holland pendiri) məhsullarının satışını Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən şadlıq saraylarında həyata keçirmişdir. İşlədiyi müddət ərzində şirkətin yüz-yüz iyirmi minlik məhsullunu sataraq aylıq əmək haqqı və əlavə olaraqda satışlardan ayrılan faizlərini premiya şəklində əldə etmişdir. 2020-ci ilin əvvələrində pandemiya şəraitinin başlanacağını bildirdikdə həmin şirkətin rəhbəri olan X3 rayonunda yaşayış binasında yerləşən ofisində dövrüyədə qalan məbləği ona borcu kimi izahatında qeyd etməyini tələb etdirmiş və məcburi şəkildə yazdırdığı izahatında çalışdığı "xxxx" deyil "xxxx" MMC şirkətini qeyd etməyi ondan hədə qorxu gələrək tələb etmişlər. Bütün şikayət ərizəsində İddiaçı onun işçisi olduğunu və onun etibarından sui istifadə edərək aldığı malları satdığını bildirdiyi təqdirdə ödənişi ona təqdim etmədiyini iddia etsə də həmin məbləğdə məhsulu almağına dair imzası ilə təstiq edilən bir sənəd təqdim etməməkdədir. Onun iddiaçıya hər hansı borcu olmadığından məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Abşeron rayon polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Faiq Səfərovun xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktrou X1 ərzəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. X1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərar vermişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən verilmiş izahatın surətində görünür ki, Ukrayna Azərbaycan Ticarət Evinə 2019-cu ildə ərzaq məhsulları ümumi dəyəri 17.100 manat ərzaq məhsulları almış, bu məhsulları şadlıq saraylarına satmış və həmin ödəmələri almış xx.xx.2020-ci il tarixinə qədər məhsullarını ödəməmişdir. Bundan əlavə Dondurma şirkətindən (şirkətə olan borcdan) almamış və bu günə qədərdə ödəniş etməmişdir. Qeyd edilən siyahıda göstərilən bütün şadlıq saraylarından ödənişləri alımış, lakin şirkətə ödəniş etməmişdir. İşlədiyi müddətdə aldığı ərzaq satışından əldə etdiyi qazancı ay sonunda faiz şəkilində almış və əldə etdiyi məhsuldan qalan digər mal əldə etmək məqsədi ilə götürmüş, lakin ticarət zamanı ziyan etdiyi məbləğ 22.100 manat təşkil edir. xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən verilmiş izahatın surətində görünür ki, “Elşən şadlıq Sarayına” dəfələrlə ödəniş üçün müraciət etsə də hər dəfəsində fərqli tarixlərə bildirmişdir. Onların Favarit firmasına olan son qalıq borcu 950 manat təşkil edir. Hal hazırda Elşən Şadlıq sarayı bağlandığı üçün şirkətə olan borcu öz boyuna götürmüş və ödənişləri edəcəkdir. İddiaçının VR NO: FV-2022-06 saylı, NO: FV-2022-5 saylı xx.xx.2022-ci il tarixli sorğularından və həmin sorğulara cavablardan görünür ki, müvafiq olaraq iddiaçı AYSUN, TƏBRİK, CİDİR DÜZÜ, HEYAT, İMPERİAL, SHANSHAH, XƏZİNƏ, KARVAN, GOLDEN RİNG şadlıq saraylarına və SELENA DONDURMA FİRMASİNA 2019 və 2020-ci illərdə Cavabdeh "xxxx" MMC-yə ödənilməsi üçün nəqədər pul verilməsi barədə məlumat gödərilməsi xahiş olunmuş, lakin alınan cavab ayrı-ayrı VÖENi olan üç fiziki şəxin möhürü və imzası ilə təsdiq olunsa da cavabdehə pul verilməsi həmin məktublarda öz əksini tapmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı özünə məxsus daşınar əşyalarnı cavabdehə verdiyini bildirərək, daşınar əmlakın qanunsuz sahiblikdən geri alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin əşyaların cavabdehə verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin ifadəsində, habelə iş materiallarında olan sübutlarda da, sözügedən daşınar əşyaların verilməsi öz əksini tapmamışdır. İddianın məzmunundan da göründüyü kimi, tələb əşyanın özgənin qanunsuz sahibliyindən qeri qaytarılması ilə bağlıdır. Bunun üçün ilk növbədə iddia irəli sürən şəxsin əşyanın mülkiyyətçisi, yaxud qanuni sahibi olması, yəni şəxsin iddia irəli sürməsi üçün subyektiv hüquqa malik olması əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri alınması üçün aşağıdakı 3 dispozitiv şərtin olması zəruridir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Qeyd edilən müddəadan da göründüyü kimi, birinci şərt əmlakın onu tələb edən şəxsə məxsus olması ilə bağlıdır. Başqa sözlə, əmlakı tələb edən şəxs əmlakn (əşyanın) ona məxsus olmasını (mülkiyyət hüququnun olmasını) sübut etməlidir. Bu zaman sübut etmə forması daşınar və daşınmaz əşyalara münasibətdə, onların əldə edilmə üsuluna görə, bir-birindən fərqlənir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququna malik olma onun rəsmi reyestrdə qeydə alınması ilə şərtləndirildiyi halda (Mülki Məcəllənin 178.1-ci maddəsi), daşınar əşyalara mülkiyyət hüququna malik olma həmin əşyaya həqiqi hüquq əsasında sahiblik etmə ilə şərtləndirilir (Mülki Məcəllənin 181.1-ci maddəsi). Sözü gedən əşyaların daşınar əşya kateqoriyasına aid olduğunu və ona mülkiyyət hüququnun rəsmi reyestrdə qeydiyyata alınmasının tələb edilməməsindən çıxış edərək, ehtimal etmək olar ki, əşyalar iddiaçıya əmlak məxsus olmuşdur. Yuxarıda qeyd edilən ikinci dispozitiv şərtin mövcud olması sübut etmə yükü ilə bağlıdır. Yəni, iddiaçı əşyaların cavabdehdə olduğunu sübuta yetirməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdehə daşınar əmlakların verilməsinə dair məhkəməyə əsaslı sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 156.30 manat dövlət rüsumu iddia təmin edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı daşınar əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 156.30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar