Məhkəmə qərarları › İş №e-2(039)-1935/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1935/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1935/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Ləğv prossesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 880.59 (səkkiz yüz səksən manat, 59 qəpik) manat əsas, 238.24 (iki yüz otuz səkkiz manat, 24 qəpik) manat faiz, 2.94 (iki manat, 94 qəpik)manat cərimə, 245.88 (iki yüz qırx beş manat, 88 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 1.367,65 (bir min üç yüz altmış yeddi manat, 65 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir Cavabdeh bildirmişdir ki, İddiaçı ASC eyni müqavilə üzrə ona qarşı iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə əmri əsasında ondan borcun tutulması qət edilmişdir. Hazırda icra sənədi üzrə icraat Yevlax rayon icra şöbəsi tərəfindən aparılır. Onun İddiaçı ASC ilə başqa müqaviləsi olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli məhkəmə əmrinin surətindən müəyyən olunur ki, İddiaçı ASC, məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə bağlanmış istehlak krediti müqaviləsinə əsasən borclu Cavabdeh 24 ay müddətinə 2,000 manat məbləğində kredit verildiyini bildirməklə borclular Cavabdeh və Kamran Novruzovdan 15 dekabr 2016-cı il tarixədək ödənilməmiş borcun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Həmin mülki iş materiallarına baxış keçirilərkən müəyyən olunur ki, ərizədə müqavilənin tarixi səhvən xx.xx.2014-cü il qeyd edilmişdir. Belə ki, mülki işdə olan müqavilə hazırkı iş üzrə olan müqavilə ilə eynilik təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı işlə həmin iş üzrə tərəflər, predmet və əsas eynidir və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəllə: Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ləğv prossesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar