Məhkəmə qərarları › İş №e-2(039)-1973/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1973/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1973/2025 11.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 399.32 manat əsas, 22.08 manat faiz, 0.77 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 422.17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixdə məhkəmə elektron sistemi vasitəsi ilə məhkəməyə ünvanlandığı ərizəsində iddia ərizəsinin baxılmadan işin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat (qəbz nömrəsi:**********) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar