Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2020/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyənetdi: İddiaçı ASC Cavabdehə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1,902.35 AZN əsas, 143.62 AZN faiz borcunun və ödənilmiş 40.46 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4244125A129 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4244125A129 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2,850 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4244125A129 saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, sonuncuya Bank tərəfindən ödəniş kartı verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli, GTKR4244125A129 saylı kredit müqaviləsinə əsasən 1,902.35 AZN əsas, 143.62 AZN faiz borcu vardır. Hüquqi məslələr: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh, qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdeh həmin məbləğləri mübahisələndirməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4244125A129 saylı kredit müqaviləsinə əsasən 1,902.35 manat əsas, 143.62 manat faiz borcu, habelə 40.46 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,086 (iki min səksən altı) manat 43 (qırx üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2020/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2020/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver