Məhkəmə qərarları › İş №e-2(039)-2023/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2023/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2023/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC-nin Mingəçevir filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/161 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 5096,15 manat məbləğində əsas borc, 161,61 manat məbləğində faiz borcu 0,16 qəpik məbləğində cərimə olmaqla, cəmi 5257,92 manat kredit borcunun və 72.58 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı MF-FEX/161 saylı kredit müqaviləsi əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1, Zamin3 və Zamin2 ilə Bank arasındas xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısında öhdəliklərin bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehlərin banka 5096,15 manat məbləğində əsas borc, 161,61 manat məbləğində faiz borcu 0,16 qəpik məbləğində cərimə olmaqla, cəmi 5257,92 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli MF-FEX/161 №li kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi 5100 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli MF-FEX/161 №li kredit razılaşması üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı ilə Zamin1 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli MF-FEX/161 №li kredit razılaşması üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı ilə Zamin3 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli MF-FEX/161 №li kredit razılaşması üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı ilə Zamin2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, MF-FEX/161 saylı kredit razılaşması üzrə borcu- 5096,15 manat məbləğində əsas borc, 161,61 manat məbləğində faiz borcu 0,16 qəpik məbləğində cərimə olmaqla, cəmi 5257,92 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh Banka olan 5096,15 manat məbləğində əsas borc, 161,61 manat məbləğində faiz borcu 0,16 qəpik məbləğində cərimə olmaqla, cəmi 5257,92 manat pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.58 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/161 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 müştərək qaydada xx.xx.2019-cu il tarixli MF-FEX/161 saylı kredit müqaviləsi üzrə 5096,15 manat məbləğində əsas borc, 161,61 manat məbləğində faiz borcu 0,16 qəpik məbləğində cərimə olmaqla, cəmi 5257,92 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.58 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar