Məhkəmə qərarları › İş №e-2(039)-2027/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2027/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2027/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X3 və Zamin2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh, X3 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC-nin Mingəçevir filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/178 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 4972,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 5130,61 manat kredit borcunun və 71.31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair tələbin cavabdehlərdən 2472,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 2630,61 manat kredit borcunun və 71.31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı MF-FEX/178 saylı kredit müqaviləsi əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 4976 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən X4 və Zamin2ilə Bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısında öhdəliklərin bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehlərin banka 4972,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 5130,61 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, işə məhkəmədə baxılarkən cavabdehin borcundan 2500 manat məbləğində ödəniş etdiyini bildirərək məhkəmədən müvafiq qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, onun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə onun tərəfindən mövcud olan borcundan 2500 manat pul ödəniş etdiyini bildirirək və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər X4 və Zamin2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavababdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, MF-FEX/178 №li kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi 4976 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, MF-FEX/178 №li kredit razılaşması üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı ilə X4 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, MF-FEX/178 №li kredit razılaşması üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialı ilə Zamin2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, MF-FEX/178 saylı kredit razılaşması üzrə borcu- 4972,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 5130,61 manat məbləğində təşkil edir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh, X1 və Zamin2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2500 manat pul ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[394] Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501 Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə Cavabdeh Banka 2472,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 2630,61 manat borcu yaranmışdır. Bu səbəbdən cavabdehlərdən həmin məbləğdə pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 46.30 manat dövlət rüsumu, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/178 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, X1 və Zamin2 müştərək qaydada xx.xx.2019-cu il tarixli MF-FEX/178 saylı kredit müqaviləsi üzrə 2472,26 manat məbləğində əsas borc, 158,22 manat məbləğində faiz borcu 0,13 qəpik məbləğində cərimə olmaqla, cəmi 2630,61 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.30 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar