Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № e-2(039)-2044/2023 18.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, ünvan 1 ünvanda yerləşən kreditor Tələbkar Borclu qarşı pul tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor Tələbkar Borclu 25 iyun 2019-cu il tarixli, MHK5755072 saylı nisiyə alıqsatqı müqaviləsinə əsasən 985 manat əsas borc, 300 manat hesablanmış cərimə borcu, 26 iyun 2019-cu il tarixli, MHK5755096-M saylı nisiyə alıq-satqı müqaviləsinə əsasən 592 manat əsas borc, 100 manat hesablanmış cərimə borcu və 100 manat dövlət rüsumunun, cəmi 2077 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar MMC-nin hesabına tutulması haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Borclu 25 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Tələbkar MMC-dən dəyəri 2194 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 985 manat borcu qalıb. 26 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Tələbkar MMC-dən dəyəri 1341 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 592 manat borcu qalıb. Bundan başqa Borclu 25 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Tələbkar MMC-dən dəyəri 2194 manat olan məişət avadanlığı əldə edib və 26 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Tələbkar MMC-dən dəyəri 1341 manat olan məişət avadanlığı əldə edib. 25 iyun 2019-cu il tarixli, MHK5755072 saylı nisiyə alıq-satqı müqaviləsinə əsasən 985 manat əsas borc, 300 manat hesablanmış cərimə borcu, 26 iyun 2019-cu il tarixli, MHK5755096-M saylı nisiyə alıq-satqı müqaviləsinə əsasən 592 manat əsas borc, 100 manat hesablanmış cərimə borcu və 100 manat dövlət rüsumunun, cəmi 2077 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq məhkəmə əmr etdi: xx.xx.1967-ci ildə Ağdaş rayonu, Pirkəkə kəndində doğulmuş və Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan Borclu ünvan 1 ünvanda yerləşən kreditor Tələbkar MMC-nin hesabına 25 iyun 2019-cu il tarixli, MHK5755072 saylı nisiyə alıq-satqı müqaviləsinə əsasən 985 manat əsas borc, 300 manat hesablanmış cərimə borcu, 26 iyun 2019-cu il tarixli, MHK5755096-M saylı nisiyə alıq-satqı müqaviləsinə əsasən 592 manat əsas borc, 100 manat hesablanmış cərimə borcu və 100 manat dövlət rüsumunun, cəmi 2077 (iki min yetmiş yeddi) manat pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2044/2023
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(039)-2044/2023
18.07.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver