Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2087/2024 08.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət orlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax dəmir yol stansiyası ərazisində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus Stadler EŞ2-016 markalı Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsi sınmışdır. Hadisə nəticəsində ADY-yə 487,39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 Polis İdarəsinin X5 şöbəsində araşdırma aparılmışdır. X5 şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 15/4-3-13-15-1-5/2-723/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 11:43 radələrində Yevlax dəmir yol stansiyası ərazisində (293-cü km 8-ci piketində) ADY-yə məxsus Stadler EŞ 2-016 markalı Bakı-Ağstafa xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsinin sınmasına səbəb olan şəxsin yetkinlik yaşına çatmayan, xx.xx.2017-ci il təvəllüdlü X2 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X1 izahatı alınmışdır. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 29.3, 1096.1, 1097.1, 1103.1ci maddələrinə istinad edərək, "xxxx" QSC-yə vururlmuş 487.39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat məbləğində zərərin və 30 (otuz) manat dövlət rüsumunun yetkinlik yaşına çatmayan X1 qanuni nümayəndəsi Cavabdeh tutularaq Azərbaycan Dəmir Yolları” QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 13 may 2024-cü il tarixli ziyan aktından görünür ki, EŞ-016 qatarına dəymiş ziyan cəmi 487.39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X3 Polis İdarəsi X5 Şöbəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 13 may 2024-cü il tarixdə, saat 11:43 radələrində 706 saylı Bakı- Ağstafa marşrutu ilə hərəkət edən EŞ2-016 saylı sürətli sərnişin qatarı Yevlax dəmir yol stanisiyası ərazisində 293-cü km.piket 8-də hərəkətdə olarkən həmin qatara kənardan daş atılması və qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsinin sınması faktı ilə bağlı Yevlax st. XPŞ-də xx.xx.2024-cü il tarixli Hk-2/19 nömrəli material üzrə araşdırma aparılmış və araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 11:43 radələrində Yevlax dəmir yol stansiyası ərazisində (293-cü km 8-ci piketində) ADY-yə məxsus Stadler EŞ 2-016 markalı Bakı-Ağstafa xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsinin sınmasına səbəb olan şəxsin yetkinlik yaşına çatmayan, xx.xx.2017-ci il təvəllüdlü X2 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X1 izahatı alınmışdır. İşdə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh oğlu X2 14 mart 2017-ci ildə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax dəmir yol stansiyası ərazisində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus Stadler EŞ2-016 markalı Bakı- Ağstafa marşrutu ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsi sınmışdır. Hadisə nəticəsində ADY-yə 487,39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 Polis İdarəsinin X5 şöbəsində araşdırma aparılmış və araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 11:43 radələrində Yevlax dəmir yol stansiyası ərazisində (293-cü km 8-ci piketində) ADY-yə məxsus Stadler EŞ 2-016 markalı Bakı-Ağstafa xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın 2-ci vaqonunun T-1 qapısının aşağı hissəsinin sınmasına səbəb olan şəxsin yetkinlik yaşına çatmayan, xx.xx.2017-ci il təvəllüdlü X2 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X1 izahatı alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideyinləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Göründüyü kimi X2 on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan olduğundan onun törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideyinləri məsuliyyət daşıyır. Buna görə də X1 qanuni nümayəndəsi kimi anası Cavabdeh qarşı iddia irəli sürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh dəymiş maddi zərərə görə 487.39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 487.39 (dörd yüz səksən yeddi manat otuz doqquz qəpik) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paєayev
Məhkəmə qərarları › İş №e-2(039)-2087/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2087/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver