Məhkəmə qərarları › İş №e-2(039)-23/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-23/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-23/2024 15.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Cavabdehlər Cavabdeh və X10 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X14 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borcun, 358.99 manat faiz borcunun, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli Kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc olmaqla, ümumilikdə 11170.23 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, anasından qalmış mirası vərəsəlik qaydasında qəbul etmişdir. Hazırda maddi imkanı pisdir. Kredit borcunu imkanı olanda hər ay 50 manatdan ödəməyə başlayacaq. X18 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin artırılası barədə ərizə ünvanlayaraq, X4 vərəsələri Cavabdeh və X7 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borcun, 358.99 manat faiz borcunun, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli Kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc olmaqla, ümumilikdə 11170.23 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izah etdi ki, "xxxx" ASC ilə X11 arasında müqavilə bağlanmışdır. Müqavilə əsasında mərhuma kredit verilmişdir. X11 vəfat etdikdən sonra Cavabdeh ondan qalmış qızıl-zinət əşyalarını miras olaraq qəbul etmişdir. X19 da anasından qalmış mirası qəbul etməsi müəyyən edilmişdir. X1 borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, həmin evdə onun da yaşamaq hüququ var. Lakin yaşamır. Ev girovdadır. Ev girovdan çıxdıqdan sonra vərəsəlik məsələsinə baxılacaqdır. Cavabdeh X18 məhkəmə iclasında izah etdi ki, ev atalarının mülkü olub. Həmin evi o qəbul edib yaşayır. Ev 60-cı illərdə inşa edilmişdir. Faktiki olaraq həmin evdə o yaşayır. Mirası rəsmi olaraq qəbul etməmişdir. 2017-ci ildə atası vəfat etmişdir. Ev ona qalıb. Həmin vaxtdan evi əsaslı təmir edib. Atası vəfat edərkən 8000 manat borcu qalmışdır. Borcu o ödəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsindən məlum olur ki, "xxxx" ASC ilə X11 arasında bağlanmış BPM**********53 nömrəli 17 may 2021-ci il tarixli X30 müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 1800 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli maliyyə arayıından məlum olur ki, X4 BPM**********53 nömrəli 17 may 2021-ci il tarixli X30 müqaviləsi üzrə 1490.59 manat əsas, 358.99 manat faiz, cəmi 1849.58 manat borcu vardır. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsindən müqaviləsindən məlum olur ki, "xxxx" ASC ilə X11 arasında bağlanmış BPM**********66 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla 9700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan X27 xidmət mərkəzində Notariat ofisinin 11 iyul 2022-ci il tarixli 1616/2022 saylı məktubundan məlum olur ki, 28 oktyabr 2021-ci ildə vəfat etmiş X4 barəsində 14 may 2022-ci il tarixdə verilmiş 2V-551 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh müəyyən edilmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli qəbzdən məlum olur ki, "xxxx" ASC 123.51 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 14 may 2022-ci il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, X3 miras qalmış qızıl-zinət əşyalarını Cavabdeh qəbul edilmişdir. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli YV0110821-2021 nömrəli çərçivə kredir və girov müqaviləsindən müqaviləsindən məlum olur ki, Kredit Evi QSC ilə X11 arasında bağlanmış müqaviləyə əsasən isə 6 ay müddətinə illik 4480 manat məbləğində kredit verilmişdir. X5 məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e- 2(039)-436/2023 saylı qərardadından məlum olur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli 9/4231 saylı ekspert rəyindən məlum olur ki, iddia ərizəsində adları sadalananın qızıl-zinət əşyalarının nəzəri qaydada 14 may 2022-ci il tarixdə real bazar qiyməti ilə ümumi dəyəri təxminən 6756.5 manat müəyyən edilmişdir. İş materiallarında olan Yevlax ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 dekabr 2023-cü il tarixli 5-9-1/2-718/2023 saylı arayışından məlum olur ki, ünvan 2 saylı evdə X18 yaşayır. İş materiallarında olan "xxxx" ASC-nin 15 fevral 2024-cü il tarixli 6-2-90/2-23/2024 saylı arayışından məlum olur ki, X4 İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli maliyyə arayıından məlum olur ki, X4 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi və 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsi üzrə həyat sığortası olmamışdır. İş materiallarında olan 06 may 1982-ci il tarixli nikah aktından məlum olur ki, X15 ilə X8 arasında 06 may 1982-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli AZ-ll 222556 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X11 28 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 24 yanvar 2017-ci il tarixli AZ-l 837692 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X15 14 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 12 yanvar 2024-cü il tarixli 3-21-3-38/2- 124/2024 saylı məktubundan məlum olur ki, ünvan 2 nömrəli fərdi yaşayış evi "xxxx" ASCnin Yevlax filialının xeyrinə 10 may 2013-cü və xx.xx.2016-cı il tarixlərdə yüklülük (ipoteka) qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 05 avqust 2009-cu il tarixli çıxarışdan məlum olur ki, ünvan 2 nömrəli fərdi yaşayış evi X9 məxsusdur. İş materiallarında olan hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN-5608A kod 90101002 saylı şəhadətnamədən məlum olur ki, X6, X4, X16, X12, X10 və Cavabdeh Yevlax şəhərində ümumi birgə 0.05 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 12 fevral 2024-cü il tarixli ƏQ-293/2024 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 60886 manat, likvid dəyəri 52945 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 12 fevral 2024-cü il tarixli ƏQ-294/2024 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin real bazar dəyəri 12240 manat, likvid dəyəri 14076 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X11 arasında bağlanmış BPM**********53 nömrəli 17 may 2021-ci il tarixli X30 müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 1800 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********66 nömrəli 26 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla 9700 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələrin şərtlərinə əsasən X11 həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. X2 28 oktyabr 2021-ci il tarixində vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X4 miras (qızıl-zinət əşyaları) əmlakına dair Yevlax şəhəri, Mehdi Hüseyn küçəsi,ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə 14 may 2022-ci il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borcun, 358.99 manat faiz borcunun, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli Kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc olmaqla, ümumilikdə 11170.23 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. X18 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin artırılası barədə ərizə ünvanlayaraq, X4 vərəsələri Cavabdeh və X7 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borcun, 358.99 manat faiz borcunun, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli Kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc olmaqla, ümumilikdə 11170.23 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə araşdırılamsı zamanı məlum olmuşdur ki, X3 ümumi birgə olan Yevlax şəhərində yerləşən 14076 manat dəyərində miras olaraq torpaq sahəsi qalmış və həmin torpaq sahəsini Nicat İmanov faktiki olaraq qəbul etmişdir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına qeydə alınsa da, X13 ilə X11 1982-ci ildə rəsmi nikah qeydindən keçmişlər. Torpaq islahatı zamanı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətə, fərdi yaşayış evi X6 mülkiyyətinə verilməsinə baxmayaraq, onların 2017-ci ilədək birgə bir ailə kimi yaşaması həmin evin birgə nikah dövründə əldə edilməsinə əsas verir. Hazırki cavabdehlər analarından qalmış mirasın bir hissəsini faktiki, bir hissəsini isə rəsmi olaraq qəbul etmişlər. Bununla da Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən iddiaçının qarşısında öhdəlik daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməli, X4 vərəsələri Cavabdeh və X7 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borcun, 358.99 manat faiz borcunun, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc olmaqla, ümumilikdə 11170.23 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulmalıdır. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh və X7 müştərək qaydada 300 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.2-ci maddəsinə əsasən Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X4 vərəsələri Cavabdeh və X7 müştərək qaydada 17 may 2021-ci il tarixli BPM**********53 nömrəli X30 müqaviləsi üzrə 1490.59 manat əsas borc, 358.99 manat faiz borcu, 26 iyul 2021-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsi üzrə isə 9320.65 manat əsas borc, ümumilikdə 11170.23 manat kredit borcu, ödənilmiş 123.51 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdehlər Cavabdeh və X7 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar