Məhkəmə qərarları › İş №e-2(039)-2397/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2397/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2397/2025 18.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dostları sayəsində sosialdan tanımışdır. xx.xx.2025-ci ildə bank kartı vasitəsilə günorta 99,90 manat, ayın 15-dən 16-na keçən gecə isə 1 günlük 3333,00 manat pul göndərmişdir. Bu şəxsi realda görmədən bu səhvi etmişdir. Bu şəxs özünü DTX-nın əməkdaşı kimi təqdim etmişdir. Ona işlə bağlı Gəncəyə getdiyini, günorta pulu qaytaracağını, 16 fevral günorta zəng edəcəyini söyləmişdir. Zənglərə cavab verməmiş, şəhərə gələcəyini, pulu şəhərdə təqdim edəcəyini söyləmiş, lakin o razılaşmamışdır. Kiminsə oyunu olduğundan qorxmuş və polisə gəlib pulu təqdim etməsini demişdir. 17 fevralda o (iddiaçı) dərhal 102-yə zəng etmiş və onu Xətai rayon 36-cı polis bölməsinə yönləndirmişlər. Sonra demək olar ki, hər gün 36-cı bölməyə və 102-yə yığmışdır. Aylarla bu davam etdi. Cavabdehə günlərlə yazmış, cavabdeh may ayının sonunda pulu verəcəyini bildirmiş, lakin sonradan zənglərinə cavab verməmişdir. Cavabdeh hazırda onu bloka atmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki məcəlləsinin 385.1, 739.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək, Cavabdeh 3432.90 (üç min dörd yüz otuz iki manat doxsan qəpik) manat pulun və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının və 56.33 (əlli altı manat otuz üç qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində iddianı tam şəkildə etiraf etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3432.90 (üç min dörd yüz otuz iki manat doxsan qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı və 56.33 (əlli altı manat otuz üç qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar